Icma.az
close
up
RU
Rusiyanın ən böyük hərbi yük gəmisi batırıldı 3 partlayış baş verib.... AzPolitika onlayn siyasiictimai qəzet

Rusiyanın ən böyük hərbi yük gəmisi batırıldı 3 partlayış baş verib.... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyinə məxsus ən böyük quru yük gəmisi partlayış nəticəsində batıb.

“AzPolitika” xəbər verir ki, hadisə dekabrın 24-də İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda baş verib.

Rusiya MN-in “Oboronlogistika” şirkətinin flaqmanı, uzunluğu 142 metr, eni 23 metr, hündürlüyü 13 metr olan “Ursa Major” adlı hərbi yük gəmisi Sankt-Peterburqdan Vladivostoka gedirmiş.

Sağ arxa hissəsində 3 partlayış baş verən və su almağa başlayaraq yan yatan gəmi batıb. Partlayışlar gəminin enerji sistemlərini tam sıradan çıxarıb. Bu səbəbdən ekipaj ehtiyat enerji təchizatını işə sala və suyu boşalda bilməyib. 16 ekipaj üzvündən 14-ü ispanlar tərəfindən xilas edilsə də, gəminin daşıdığı qiymətli yükü xilas etmək mümkün olmayıb.

Belə ki, “Ursa Major” Almaniyada istehsal edilmiş, hər biri 380 ton olan 2 liman kranı və inşa edilməkdə olan “Rossiya” atom buzqıran gəmisinin nüvə reaktorları üçün nəzərdə tutulan 2 ədəd 45 tonluq lyuk qapağı daşıyırmış. Rusiyalı ekspertlər bu hadisənin buzqıran gəminin tikintisini azı 2 il ləngidəcəyini, kranlar olmadan Vladivostokda yeni liman terminalının istifadəyə verilməsinin mümkün olmayacağını bildirir. Rusiya bu cür kran istehsal etmir, sanksiya səbəbi ilə Qərbdən almaq isə mümkün deyil.

"Ursa Major" Rusiya ordusu üçün hərbi yüklər daşıdığı üçün sanksiya altında idi.

Hadisənin arxasında kimin dayandığı məlum deyil. Görünən odur ki, Rusiyanın dəniz ticarəti də artıq təhlükəsiz deyil və onun gəmiləri beynəlxalq sularda və okeanlarda da hədəf alına bilər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri