Rusiyanın ən zənginləri ilin əvvəlindən 20 milyard dollar qazanıblar
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2025-ci ilin əvvəlindən bəri 19,7 milyard dollara yaxın artıb.
Yeniavaz.com “Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, ən böyük artım “Telegram”ın həmtəsisçisi Pavel Durova məxsusdur.
O, bu müddət ərzində 4,82 milyard dollar qazanaraq sərvətini 15,8 milyard dollara çatdırıb. Durov siyahıda ən sürətli yüksəliş edən iş adamı olub.
Metallurgiya nəhənglərinin sahibləri də əhəmiyyətli gəlir əldə ediblər. “Severstal”ın təsisçisi Aleksey Mordaşov 3,41 milyard dollar qazanaraq sərvətini 26,6 milyard dollara yüksəldib. “Metalloinvest”in səhmdarı Əlişir Usmanov isə sərvətinə 3,22 milyard dollar əlavə edib və onun sərvəti 16,4 milyard dollara çatıb.
Ən böyük itki isə NLMK şirkətinin sədri Vladimir Lisinə məxsusdur. Onun sərvəti 3,17 milyard dollar azalıb.
Elnur Əli

Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 14,2 milyard dollar artıb
03 Fevral 2025 14:03
Mobil operatorlar ilin əvvəlindən yarım milyard qazanıb
11 İyul 2025 18:19
Ukrayna Rusiyanın hesabına 20 milyard dollar alacaq
11 Dekabr 2024 00:03
Günəş ilin əvvəlindən ən güclü plazma buludunu yaydı
25 Fevral 2025 23:38
ABŞ Rusiyanın aktivləri hesabına Ukraynaya 20 milyard dollar ayırır
10 Dekabr 2024 22:57

