Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Dörd il universitet oxuyub, sonra bazarda alver edirlər, ofisiant işləyirlər Təhsil eksperti

Dörd il universitet oxuyub, sonra bazarda alver edirlər, ofisiant işləyirlər Təhsil eksperti

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Deputat Səbinə Salmanova Milli Məclisdə Sumqayıtda yeni peşə təhsili müəssisələrinin yaradılması və onların tədris proqramları sənaye müəssisələri ilə birgə hazırlanaraq əmək bazarlarının real tələblərinə uyğunlaşdırılması təklifi ilə çıxış edib.

Təklifi Redaktor.az-a şərh edən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Azərbaycanda kifayət qədər peşə təhsil müəssisəsi var:

"Düzdür, artırılması, əlbəttə ki, çox gözəl təşəbbüsdür. Eləcə də Sumqayıtda olduğu kimi, digər regionlarda da peşə təhsili müəssisələrinin artırılması təqdirəlayiq addım olar. Amma bununla yanaşı, biz düşünməliyik ki, peşə təhsili müəssisəsini artırmaqla gənclərin peşə təhsilinə təşviq edilməsini təmin edə bilmərik. Peşə təhsili müəssisələrinin artırılması heç də o demək deyil ki, bütün gənclərimiz peşə təhsili müəssisələrinə təşviq olunacaqlar, peşə təhsili müəssisələrinə cəlb olunacaqlar və bu istiqamətdə müvafiq addımlar atılacaq".

O, hesab edir ki, əgər peşə təhsili müəssisəsinin inkişafını nəzərdə tuturuqsa, burada xüsusilə təcrübə proqramlarına, peşə təhsili müəssisələrinə qəbul olunanların əmək bazarına hazırlanması istiqamətində müvafiq addımlar atmaq lazımdır:

"Yəni əgər biz peşə təhsili müəssisələrinin sayını artırsaq, əmək bazarının tələbinə uyğun kadr hazırlamasak, bunun heç bir xeyri və faydası olmaz. Məhz ona görə də biz kəmiyyətin çoxluğuna nəzər verməkdənsə, keyfiyyətin artırılmasına xidmət göstərsək, daha yaxşı olar. Çünki hal-hazırda, mənim bildiyim qədəriylə, kifayət qədər peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Hətta son illərdə peşə təhsili müəssisələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı da var. Eləcə də Sumqayıtın özündə də peşə təhsili müəssisələri var. Bəli, artırıla bilər. Bir-iki peşə təhsili müəssisəsi, xüsusilə sənaye sahəsi üzrə, Sumqayıtda artırıla bilər".

R.Nurəliyevin fikrincə, peşə məktəblərini açıb, tələbə çoxluğunu təmin etmək doğru yanaşma deyil:

"Peşə təhsili müəssisəsinə bu il müraciət edənlərin sayını nəzərə alarıqsa, kifayət qədər deyildi. Bir neçə təhsil müəssisəsində, bir neçə ixtisasda hətta boşluqlar da oldu, yəni tam tələbə ilə dolmadı. Bu, nəyi göstərir? Bu onu göstərir ki, biz hələ peşə təhsili müəssisələrinin təbliğatını güclü aparmırıq. Yəni bizim ictimaiyyətdə hal-hazırda peşə təhsilinə olan münasibət tam formalaşmayıb. Çünki bizim peşə təhsili müəssisələrini bitirən gənclərimizin əmək bazarına çıxışı o qədər də istənilən səviyyədə deyil.

Ona görə də mən hesab edirəm ki, biz ilkin olaraq peşə təhsili müəssisələrinin ictimaiyyət arasında təbliğatını aparmalıyıq. Valideynlərimiz öz övladlarını ali təhsil müəssisəsində oxutmağa daha çox üstünlük verirlər. “Nə olursa olsun, ali təhsil müəssisəsi olsun, xarici universitet olsun, attestatla getsin, buna lazımi qədər vəsait ayıraq, amma uşaq universitet oxusun” düşüncəsi var".

Ekspert hesab edir ki, ilk olaraq peşə təhsili müəssisələrinin təbliğatı aparılmalıdır:

"Peşə təhsili üzrə kadr hazırlığı formasında yetişdirilməsinə xüsusi diqqət yetirməliyik. Bu istiqamətdə ixtisasların çoxalmasına və yaxud da peşə təhsili müəssisələrinin çoxalmasına nəzər yetirə bilərik. Mən hələ də hesab edirəm ki, hal-hazırda bizim peşə təhsili müəssisələrinin fəaliyyəti arzuolunan səviyyədə deyil. Xüsusilə də peşəkar kadr hazırlığı istənilən səviyyədə deyil. İlkin olaraq buna fokuslanmalıyıq və bu istiqamətdə müvafiq addımlar atdıqdan sonra, müəyyən qədər nailiyyət əldə etdikdən sonra çoxalmağa, kəmiyyətə bundan sonra diqqət yetirmək olar.

Biz bu gün attestatla xarici ali təhsil müəssisələrinə və yaxud da aşağı balla Azərbaycan ali təhsil müəssisələrinə qəbul olub əmək bazarında mövqe tuta bilməyən gənclər görürük. Hansı ki, hal-hazırda öz ixtisasları üzrə deyil, başqa sahələrdə - ofisiant işləyənlər var, yaxud digər biznes sahələrində çalışanlar, bazarda alver edənlər var. Yəni bunları diqqətə çatdırmaq lazımdır ki, siz dörd il universitet oxuyursunuz, müəyyən qədər vəsait xərcləyirsiniz, amma əmək bazarında öz ixtisasınız üzrə işləmirsiniz.

Bu il peşə təhsili müəssisələrində yüksək peşə təhsili ixtisaslarının çoxalması, kompüter yönümlü ixtisasların formalaşması hamısı peşə təhsilinə dövlət tərəfindən verilən diqqət və qayğının nəticəsidir. İxtisasların çoxalması, əlbəttə ki, gənclərin daha çox peşə təhsilinə yiyələnməsinə gətirib çıxarır. Amma biz keyfiyyətə də xüsusi diqqət yetirməliyik və bunun təbliğatını aparmalıyıq. Yəni bir gənc ali təhsil müəssisəsini bitirib öz ixtisası üzrə işləmirsə, amma peşə təhsilini bitirərək öz sahəsi üzrə işləyərsə, daha böyük perspektiv və daha uyğun gəlir əldə edə bilər".

Onun sözlərinə görə, nəqliyyat sahəsi, ustalıq sahələri və ya digər istehsalat sahələri üzrə peşə təhsilini bitirənlərin əksəriyyəti hal-hazırda işsizdir, yaxud başqa sektorlara gedirlər:

"Məhz buna görə də bu gün peşə təhsilinə maraq o qədər də böyük deyil. Biz bu istiqamətdə müvafiq addımlar atmalıyıq. İlkin olaraq əmək bazarının tələbinə uyğun ixtisaslarda kadr hazırlığını mükəmməl səviyyəyə gətirməliyik. Ondan sonra peşə təhsilinə təşviqat aparılmalıdır və təbii ki, bundan sonra gənclərin peşə təhsili müəssisələrinə axınının real şəkildə artdığını görə bilərik.

Əks halda, hal-hazırkı vəziyyətdə ixtisasların sayını artırmaq, təhsil müəssisələrinin sayını artırmaq, mənim fikrimcə, o qədər də böyük fayda verməz - əgər biz peşə təhsilində keyfiyyətə üstünlük verməsək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri