Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistanda keçirilən seçkilər müxalifət üçün ağır məğlubiyyət, ona dəstək verən Rusiyanın isə uzunmüddətli regional siyasətinin fiaskosudur".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Cənubi Qafqazda yeni siyasi transformasiya prosesi gedir və Moskva bu dəyişən geosiyasi reallığa uyğunlaşmaq istəmir:
"Rusiya Ermənistanda uğur qazana bilmir, çünki hələ də 1990-cı illərin siyasi yanaşması ilə hərəkət edir. Moskvanın region üzrə yeni və çevik siyasi strategiyası yoxdur. İrəli sürdüyü S. Karapetyan və R. Koçaryan kimi fiqurlar isə əsasən keçmiş Qarabağ məsələsinin siyasi ritorikasında ilişib qalıblar və cəmiyyətə gələcək vizyonu təqdim edə bilmirlər.
Məhz bu səbəbdən Rusiyanın Ermənistandakı siyasəti keçmişə bağlı qaldığı üçün dəyişən regional reallıq və gələcəyin siyasi tələbləri ilə uzlaşmadı".
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 İyun 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















