Icma.az
close
up
RU
Rusiyanın yeni Ermənistan siyasəti

Rusiyanın yeni Ermənistan siyasəti

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər, istər Rusiya və Ermənistan mətbuatında, istərsə də Azərbaycan mətbuatında müxtəlif formalarda təhlil edilir və hesab etmək olar ki, bütün təhlillərin tərkibində həqiqətən maraqlı faktlar və ehtimallar yer almaqdadır. Lavrovun Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalardan anlamaq olar ki, Rusiya Ermənistandan vaz keçmək fikri yoxdur və əksinə yenidən Ermənistanı öz qanadı altına almaq təşəbbüsü göstərir.Erməni ekspertləri Rusiyanın bu həmləsini, ,, Rusiyanın yeni Qafqaz siyasəti,, kimi şərh etmələri də əslində təsadüfi deyil. Bu fikir, əslində ,, Rusiyanın yeni Ermənistan siyasəti,, kimi səslənməsi daha yerində olardı,düşüncəsindəyəm.Çünki, Rusiya bütün dönəmlərdə Qafqaza məhz Ermənistan vasitəsilə sızıb və məskunlaşıb. Lavrovun İrəvanda,, Ermənistan Azərbaycanın 7 rayonunu məhz Rusiya silahları ilə işğal etmişdir,, ifadəsi əslində Rusiyanın, Ermənistan üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini qabartmaqla, Paşinyanın daxili auditoriyaya oynadığı, ,, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları edir,, iddialarına cavab verib. Lavrov gələcəkdə Ermənistana qarşı ola biləcək hər hansı bir təhlükənin qarşısının alınması istiqamətində Rusiya faktoruna və Rusiya kimi böyük bir dövlətlə müttəfiqliyə işarə edərək, bütün dövrlərdə olduğu kimi bundan sonra da Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında, Rusiya ilə, Rusiya silahının gücü və imkanları ilə birlikdə hərəkət etmək, Ermənistan üçün vazkeçilməz olduğuna dair eyhamlı mesajlar verdi. Lavrovun dolayısı ilə Qarabağ məsələsində Ermənistanı və onun əvvəlki siyasi rəhbərliyini günahkar çıxartması, həmçinin məğlubiyyətdə Rusiyanın günahının olmadığını sübut etmək cəhdləri, Paşinyan hakimiyyətinə qarşı bir daha jest etmək təşəbbüsü kimi qəbul etmək olar. Lavrovun İrəvanda söylədikləri və eyhamlı mesajları içində həmçinin, Azərbaycan və Türkiyəni hədəf alan işarələri də görməmək mümkün deyil. Əslində Ermənistanı öz istəklərinə rəm etmək üçün Türkiyə və Azərbaycandan təhdid kimi istifadə etmək cəhdləri, Rusiya siyasi mətbəxinin üslubuna uyğundur və bu səbəbdən Lavrovun ölkəmizə və Türkiyəyə qarşı işlətdiyi eyhamların heç bir təsir mexanizmi görünmür. Lavrovun İrəvana səfəri nəticəsində, Ermənistan hakimiyyətinin yenidən Rusiyaya yaxınlaşması ilə müşahidə olunması inandırıcı deyil və Ermənistan sadəcə olaraq Rusiyanın başını qatmaq üçün kiçik jestlər edə bilər,düşüncəsindəyəm.
Çingiz Şahbazi, siyasi ekspert
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 May 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri