Ermənistan Rusiyanın düşmənlərinə meyllənir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Avropa İttifaqı (Aİ) getdikcə daha çox hərbiləşir və açıq şəkildə anti-Rusiya siyasəti aparır, bu, qərar verərkən nəzərə alınmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanın Aİ-yə üzvlük perspektivi barədə danışarkən deyib.
“Avropa İttifaqının getdikcə daha çox hərbiləşdiyini və açıq şəkildə anti-Rusiya siyasəti apardığını göstərən siyasi amili nəzərə almaya bilmərik. Bütün bunlar, əlbəttə, diqqətə alınmalıdır”, - o vurğulayıb.
Diplomat qeyd edib ki, mövcud şəraitdə Ermənistanın Aİ-yə üzvlüyünü müzakirə etmək çətindir, amma buna baxmayaraq, ölkədə Avropa İttifaqının standartları fəal şəkildə tətbiq olunur. Kopırkin bildirib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi üzvü olması mümkün deyil.
Səfir xatırladıb ki, Ermənistan rəhbərliyi artıq müəyyən mərhələdə seçim etmək məcburiyyətində qalacağını bəyan edib: “Ümid edirəm ki, bu seçim Ermənistan və erməni xalqının real maraqlarından çıxış edərək ediləcək”./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 06 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















