Icma.az
close
up
RU
Rusiyanın ikili standartları: Dostluq çağırışları fonunda diplomatik etikaya zidd hərəkətlər

Rusiyanın ikili standartları: Dostluq çağırışları fonunda diplomatik etikaya zidd hərəkətlər

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası uzun illərdir ki, postsovet məkanında inteqrasiya və dostluq çağırışları ilə çıxış etsə də, atdığı addımlar əksər hallarda bu çağırışlarla üst-üstə düşmür. Son hadisələr, xüsusilə Azərbaycan millət vəkili Azər Badamovun Həştərxan səfəri zamanı ölkəyə buraxılmaması bu ziddiyyətin konkret ifadəsidir.

Rusiya tərəfinin dəvəti ilə təşkil olunan tədbirdə iştirak etməli olan Badamovun Moskva hava limanında saxlanılması və heç bir səbəb açıqlanmadan deportasiya edilməsi, iki ölkə arasında yaranmış etimad böhranının yeni mərhələsidir. Və bu, təkcə diplomatik etikasızlıq deyil, eyni zamanda siyasi simvolizm daşıyan bir mesajdır.

Azərbaycan parlamentinin deputatı Sahib Alıyev APA-ya açıqlamasında bildirib ki, deputat Azər Badamovun Rusiyaya buraxılmaması dostluq münasibətlərinə zidd olmaqla yanaşı, həm də nəticələri Rusiya üçün zərərli ola biləcək yanlış və məntiqsiz bir addımdır.

“Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri Denis Afanasyevin dəvəti ilə heyət tərkibində ora gedən deputat Azər Badamovun Moskvada hava limanında saxlanılaraq, onun Rusiyaya girişinə qadağa qoyulduğunun bildirilməsi təkcə dostluqdan uzaq addım deyil. Bu, həm də son dərəcə məntiqsiz və belə bir göstəriş verənlərin düşündüklərinin tam əksi ilə nəticələnəcək bir addımdır. Və əgər Rusiyada bunun fərqində deyillərsə, fikirləşirlərsə ki, neçə əsrdir yeritdikləri kökə və kötək siyasəti Azərbaycana yanaşmada indi də keçərlidir, çox yanılırlar. Maraqlıdır, hörmətli həmkarımın Rusiyaya girişinə niyə qadağa qoyulub? Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası, Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının üzvü olduğuna, ardıcıl şəkildə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini vermək istədiyinə görəmi? Əgər Azər Badamov orada arzuolunmayan şəxslərin siyahısına salınmışdısa, niyə bu öncədən açıqlanmamışdı və o, Rusiyaya səfərə dəvət edilmişdi.”

Milli Məclisin üzvü Sahib Alıyev qeyd edib ki, Patriarx Kirillin Bakıya səfərində vurğuladığı səmimi münasibətlər və qarşılıqlı dialoqa baxmayaraq, onun səfərindən dərhal sonra azərbaycanlı deputatın Rusiyaya buraxılmaması dostluq və məntiqlə uzlaşmayan, heç bir çərçivəyə sığmayan ziddiyyətli bir hərəkətdir.

“Məntiqdən və dostluqdan tam uzaq belə bir hərəkətə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakı səfəri başa çatar-çatmaz yol verilməsi isə ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə Patriarx Kirill, onun öz sözləri ilə desək, bizim mübarək ölkəmizə həmişə qanadlanıb uçarcasına gəldiyini və buradakı səmimi atmosferin “düzgün, etibarlı, dürüst dialoqa sövq etdiyini” bildirirdi. Bəli, Azərbaycan, Bütün Rusiyanın Patriarxının da vurğuladığı kimi, qarşı tərəfi təkcə “düzgün, etibarlı, dürüst dialoqa” sövq etməyib, özü də həmişə o cür davranıb, ilk növbədə də elə həmin Rusiyaya qarşı.”

“Azərbaycanın Milli Məclisinə gəldikdə, nəinki hörmətli Azər Badamov, orada heç bir deputat Rusiya Dumasının üzvləri Konstantin Zatulin, Vitali Milonov, Nikolay Valuyev və digərlərinin ölkəmizin torpaq bütövlüyünün, suverenliyinin əleyhinə yönəlmiş, hətta təhqir dolu açıqlamalarına baxmayaraq onların səviyyələrinə enməyiblər. Heç kim Rusiyanın torpaq bütövlüyünü şübhə altına alan açıqlama verməyib və rus xalqını təhqir etməyib. Ona görə yox ki, kimdənsə qorxub çəkinirik. Ona görə ki, biz Azərbaycanın ədəb, ərkan və ləyaqəti ilə özünü böyük sayan bəzi dövlətlərdən daha böyük olduğunu bilirik, Liderimizin necə siyasət yeritdiyini görür və ona da uyğun hərəkət etməyə çalışırıq. Eyni zamanda Zatulinlərin niyə belə hərəkət etdiklərinin də gözəl fərqindəyik. Bu hərəkətləri ilə Azərbaycanın yaratdığı geosiyasi reallığı aradan qaldıra bilməyəcəklərinin, əksinə, daha da möhkəmləndirdiklərinin onlar da gec-tez fərqində olacaqlar,” – deyə Alıyev sözünü yekunlaşdırıb/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri