Rusiyanın Krasnodar diyarında 4,8 maqnitudalı zəlzələ qeydə alınıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Moskva, 10 fevral, AZƏRTAC
Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərindən təxminən 30 kilometr məsafədə 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. İnfrastruktura heç bir ziyan dəyməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Novorossiysk meri Andrey Kravçenko məlumat verib. O bildirib ki, Vahid Dispetçer Xidmətinə zəlzələ barədə məlumat monitorinq mərkəzlərindən daxil olub.
Seysmik aktivlik 20 kilometrdən çox dərinlikdə və şəhərdən təxminən 30 kilometr məsafədə qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,8 bal olub.
Regional əməliyyat qrupu Novorossiysk və Anapa sakinlərinin də zəlzələni hiss etdiklərini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















