Rusiyanın Krasnodar diyarında daşqın olub, küçələri, yolları su basıb VİDEO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.
Туапсинсk rayonunda vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən 4 nəfər güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıb və onlar xilasedicilər tərəfindən xilas olunublar.
Bu kənddə içərisində 25 nəfər olan sərnişin avtobusu da körpüdən çaya düşüb. “Kuban-SPAS” xilasedicilərinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər xilas edilib.
Təhlükəli vəziyyət digər yaşayış məntəqələrində də hökm sürür
Olqinka da həyəcan siqnalları verilib. Tu və Kabak çaylarının səviyyəsi kəskin qalxıb. Moldovanovkada küçələri su basıb. Lermontovo kəndində isə qəzalı vəziyyətdə olan körpü tamamilə dağılıb.
Yollar bağlanıb, uşaqlar təxliyə edilir
Moldovan keçidində sürüşmə səbəbindən nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, Cübqa yaxınlığında isə əks istiqamətli hərəkət rejimi tətbiq olunub. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hazırda təhlükəli bölgələrdən uşaq turist qrupları təxliyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 03 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















