Rusiyanın Krasnodar diyarında on minlərlə sakin işıqsız qalıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Krasnodar diyarında təxminən 43 min sakin hava şəraiti səbəbindən elektrik təchizatından məhrum qalıb.
"Report" xəbər verir ki, bu barədə bölgənin qubernatoru Venyamin Kondratyev "Telegram" kanalında məlumat yayıb.
"Ən çətin vəziyyət Beloreçensk, Apşeron, Kurqaninsk, Labinsk və Ust-Labinsk rayonlarının ayrı-ayrı yaşayış məntəqələrində, həmçinin Armavir və Soçidə yaranıb", – deyə o vurğulayıb.
Kondratyevin sözlərinə görə, 120-dən çox qəza briqadası hava şəraitinin fəsadlarını aradan qaldırır.
Son bir neçə gündə bölgəyə çoxlu yağıntı düşüb, bu isə qarın yığılmasına və naqillərin buz bağlamasına səbəb olub.
Əvvəllər bölgədə hava şəraiti ilə əlaqədar 55 qatarın hərəkətində gecikmələr olduğu bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 02 Yanvar 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















