Icma.az
close
up
RU
Rusiyanın məqsədi Paşinyan hökumətini dəyişməkdir TƏHLİL

Rusiyanın məqsədi Paşinyan hökumətini dəyişməkdir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Natiq Miridən sərt iddia: “Ermənistan kilsəsi Rusiya casus şəbəkəsinin tərkib hissəsidir”

Ermənistanda Rusiya ilə münasibətlər, Moskvanın ölkənin daxili siyasi proseslərinə mümkün təsiri və Nikol Paşinyan hakimiyyətinə qarşı potensial siyasi ssenarilər ətrafında müzakirələr davam edir. Bu dəfə Ermənistanın “Xristian-Demokratik” partiyasının sədri Levon Şirinyan sərt açıqlamalarla çıxış edib. O, Rusiyanın Ermənistanla bağlı siyasətinin iki əsas məqsəddən -Ermənistan dövlətçiliyinin zəiflədilməsi və Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından qaynaqlandığını iddia edib. Şirinyan Rusiyanın Samvel Karapetyan üzərindən mümkün siyasi planının uğursuzluğa düçar olduğunu və bundan sonra Moskvanın alternativ fiqurlar üzərində dayana biləcəyini bildirib. Onun sözlərinə görə, bu kontekstdə bütün ermənilərin katolikosu II Qaregin və onun qardaşı Yezras Nersisyanın adı gündəmə gələ bilər. Siyasətçi eyni zamanda Ermənistan müxalifətinin bir hissəsini Rusiyanın təsirində olmaqda ittiham edib, Moskvanın diplomatik nümayəndələrinin və rəsmi şəxslərinin ölkənin daxili siyasi proseslərində roluna dair sərt fikirlər səsləndirib. Partiya sədrinin açıqlamalarında Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar da xüsusi yer alıb. Şirinyan Moskvanın, o cümlədən Rusiya rəsmilərinin bu prosesə reaksiyasını tənqid edib və Ermənistanın xarici siyasət kursu ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. Onun səsləndirdiyi iddialar Ermənistanın daxili siyasi mübarizəsi, Rusiya ilə münasibətləri və mümkün hakimiyyət ssenariləri ətrafında yeni müzakirələrə səbəb olub.

Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Katolik kilsəsinin mərkəzi nə qədər də Vatikan olsa da, Ermənistan kilsəsi hər zaman Rusiya casus şəbəkəsinin tərkib hissəsi olaraq fəaliyyət göstərib:

“Ona görə də bütün arxiyepiskoplar, daha doğrusu, əksəriyyəti, xüsusilə də katolikoslar - istər Birinci Aram, istər İkinci Aram, istər Qıtrış Nersisyan, indiki ikinci katolikos, istər onun Rusiyada fəaliyyət göstərən casus qardaşı Rusiya kəşfiyyatının tərkib hissəsidir. Yəni daha çox Rusiya erməni ictimaiyyətinə, Ermənistan dövlətinə ciddi təsir imkanlarına malikdir. Ermənistanda kilsə hər zaman siyasi hakimiyyətlə paralel fəaliyyət göstərib. Yəni bir tərəfdən Rusiyanın, digər tərəfdən isə xarici ölkələrdə, xüsusilə də ABŞ, Fransa, digər Avropa ölkələri və Rusiyadakı erməni diasporlarının, onların kriminal maliyyələrini də arxasına alaraq, hər zaman Ermənistan hakimiyyətinə təsir aləti olaraq istifadə olunublar. İndiki vəziyyətdə də Qıtrış Nersisyan və onun qardaşının adının çəkilməsi, açığı, əbəs deyil. Ancaq düşünürəm ki, bu model artıq bir dəfə təcrübədən keçirilib. Xatırlayırsınızsa, delimitasiya və demarkasiya prosesinin başladığı, yəni Qazax istiqamətindən başladığı zaman, süni bir ajiotaj, “Güney Ermənistan torpaqları Azərbaycana peşkəş edilir” adı altında kilsə keşişini ortalığa atmaqla, belə bir oyun qurdular. Hətta hakimiyyəti devirmək üçün İrəvana doğru yürüş təşkil etdilər. Ancaq nəticə etibarilə bugün həmin keşiş həbsxanadadır. Yəni bu model işə yaramadı. Üstəlik, son parlament seçkiləri erməni ictimaiyyəti üçün ən böyük göstəricidir. Çünki Nersis-Qıtrışiyanın bütün din şəbəkəsi, yəni bu kriminal layihə, rus casus şəbəkəsi parlament seçkilərində Nikol Paşinyanı məğlub etmək üçün çalışdılar. Ümumiyyətlə Ermənistanda siyasi müxalifət mövcud deyil. Rusiyanın şəbəkəsi, xainlər mövcuddur ki, onların da əksəriyyəti həbsə qoyulub və perspektivdə digərlərini də həbs gözləyir. Bütün bu qüvvələrin birgə mübarizəsi Rusiyanın işinə yaramadı. Nikol Paşinyan səs çoxluğu əldə etməklə təkbaşına hakimiyyəti, yeni hökuməti formalaşdıra bildi. Yəni xalqdan hökuməti formalaşdırmaq mandatı Nikol Paşinyana, onun rəhbərlik etdiyi siyasi güc mərkəzinə verildi”.

Analitik qeyd edib ki, son günlərdə erməni ictimaiyyətində belə bir fikir mövcuddur ki, artıq Rusiya Samvil Karapetyanı bir işə yaramadığı üçün gözdən çıxarıb və yeni hökumət başçısı üçün alternativlər axtarır:

" Düşünürəm ki, bu açıqlama da həmin kontekstdə deyilə bilər. Çünki Qıtrış Nersisyanın erməni ictimaiyyətində nüfuzu olmadığı kimi, onun Moskvadakı rus casusu qardaşının da Ermənistanda heç bir ictimai, siyasi, dini nüfuzu yoxdur. Ola bilsin, Moskvadakı qruplaşma, iş adamları bu məsələni ciddi şəkildə dəstəkləyə, maliyyələşdirə bilərlər. Ancaq eyni maliyyə əvvəl də mövcud idi. Yəni bir tərəfdə Samvil Karapetyanın qalib gəlməsi üçün böyük maliyyələr dövrədə olmaqla bərabər, bir də Rusiyada yaşayan erməniləri kütləvi olaraq seçkilərdə iştirak edib müxalifətin xeyrinə, Nikol Paşinyanın əleyhinə səs verməsi üçün göndərdilər. Ancaq bu, bir işə yaramadı. Ona görə də, açığı, bu iddianın nə qədər ciddi olacağı suallar yaradır. Mən inanmıram ki, Qıtrış və yaxud qardaşı Ermənistanda öz arxalarınca gedəcək böyük bir ictimai ordu yarada bilərlər. Bu, inandırıcı görünmür. Çünki din adamı kimi çoxdan nüfuzunu itirib. Bundan başqa, kilsənin konkret qanunları, qaydaları var ki, artıq Nikol Paşinyan bu yöndə də Qıtrış Nersisiyanı tamamilə ifşa edib. Ona görə də bir din başçısına əgər etimad yoxdursa, belə bir adamın siyasi hakimiyyətə gətirilməsi erməni ictimaiyyətində mümkün olmayacaq”.

Politoloqun sözlərinə görə bu, Rusiyanın sözügedən variantdan vaz keçməsi anlamına gəlmir:

“Rusiyanın hər zaman alternativ variantları var və ola bilsin ki, bu yöndə ciddi çalışmalar gedir. Çünki Ermənistana paralel olaraq təzyiqlər nədənsə səngimir. Eyni zamanda Ermənistana tətbiq olunan məhdudlaşdırma, iqtisadi, ticari sanksiyalar da davam edir. Hətta bu münasibətlər gərgin müstəvidə, artan xətlə inkişaf edir. Bu da deməkdir ki, perspektivdə Nikol Paşinyan hökumətini çətin vəziyyətə salmaqla hakimiyyəti dəyişmək planı dövrədədir. Çünki bir tərəfdə Ermənistanın məhsullarının satışına Avrasiya iqtisadi bazarında qoyulan qadağalar, digər tərəfdən qış öncəsi qəflətən qazın kəsilməsi və yaxud qiymətinin dəfələrlə artırılması kimi hadisələr dövriyyəyə girə bilər ki, bu da süni ictimai narazılığa səbəb ola bilərAncaq kimin önə çıxacağı, kimə daha çox Rusiyanın etimad edəcəyi haqqında hələlik konkret bir şey söyləmək olmaz. Çünki belə bir “parlaq” liderin mövcudluğu müşahidə olunmur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri