Icma.az
close
up
RU
Rusiyanın müharibə xərcləri rekord həddə: Saatda milyonlarla dollar....

Rusiyanın müharibə xərcləri rekord həddə: Saatda milyonlarla dollar....

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Rusiyanın 2025-ci ilin yanvar-sentyabr aylarında hərbi xərclər üzrə federal büdcəsinin xərcləri 11,854 trilyon rubla (142,25 milyard dollar) çataraq yeni rekord qırıb.

Milli.Az-ın məlumatına görə, bunu "The Moscow Times" qəzeti Beynəlxalq təhlükəsizlik tədqiqatları institutunun əməkdaşı Yanis Klyuqeyə istinadən bildirib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə hərbi xərclər və silah istehsalı daha 30 faiz artıb. Rusiyanın hərbi büdcəsi 2023-cü il səviyyəsi ilə müqayisədə 95 faiz, 2022-ci il səviyyəsi ilə müqayisədə isə 173 faiz artıb.

Müharibədən əvvəlki son ildən fərq daha da təəccüblüdür. 2021-ci illə müqayisədə müdafiə xərcləri 295 faiz və ya təxminən dörd dəfə artıb.

Hesablamalara görə, Rusiyanın orta hərbi xərcləri ayda 13,2 milyard dollar və ya saatda təxminən 19 milyon dollar təşkil edir.

Rusiya hərbi büdcəsinin yarıdan çoxu (59 faiz) məxfi saxlanılır. Keçən illə müqayisədə "kölgə" büdcəsi 39 faiz artıb və müharibədən əvvəlki dövrdən beş dəfə çoxdur.

Kreml federal büdcə vergilərinin 44 faizini və xərclərinin 39 faizini müharibəyə xərcləyib. Hər iki rəqəm də rekord həddə çatıb. Müqayisə üçün, ötən il bu rəqəmlər müvafiq olaraq 39 və 36 faiz təşkil edib. 2021-ci ildə isə bu rəqəmlər cəmi 18,4 və 19 faiz olub.

Klyuqenin hesablamalarına görə, 2022-ci ilin əvvəlindən bəri Ukrayna ilə müharibə Rusiya vergi ödəyicilərinə 42,343 trilyon rubl və ya 542 milyard dollara başa gəlib. (lent.az)
Milli.Az
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Dekabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri