Icma.az
close
up
RU
Rusiyanın müharibə xərcləri rekord həddə çatıb

Rusiyanın müharibə xərcləri rekord həddə çatıb

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az “The Moscow Times (MT)” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Maliyyə nazirliyinin məlumatlarına əsaslanan Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Yanis Klüge öz hesablamalarında belə qənaətə gəlib.
“Klügenin hesablamaları göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyada orduya və silah istehsalına xərclər 31% artıb. Bu artım 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə - 95%, müharibənin birinci ili ilə müqayisədə - üç dəfə çox olub”, -qəzet yazır.
Büdcənin hərbi xərclərinin xüsusi çəkisi də rekord vurub: keçən il bu, 35%, bu il birinci rübündə 41,2%, ikinci rübün sonunda isə 39,8% təşkil edib.
Büdcə gəlirlərinin 50,1%-i yanvar-mart, 48,2%-i isə iyunun sonuna kimi müharibəyə xərclənib.
Klügenin hesablamalarına görə, Rusiyada hərbi büdcənin demək olar ki, üçdə ikisi (62%) məxfi saxlanılır: ilin birinci yarısında açıq müdafiə maddələrinə 3,203 trilyon rubl (təxminən 39,7 milyard ABŞ dolları), “kölgə” xərclərinə isə 5,281 trilyon rubl (təxminən 65,3 milyard ABŞ dolları) yönəldilib. Son bir ildə gizli hərbi büdcə 41%, müharibənin başladığı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə isə təxminən 4 dəfə artıb.
“Reuters” agentliyinin Rusiya hökumətindəki mənbəsi qeyd edib ki, Ukraynada sülh danışıqları uğurla nəticələnsə belə, Moskva 2026-cı ildə hərbi xərcləri azaltmağı planlaşdırmır.
- Bir qədər kiçik miqyasda olsa da, istənilən halda də mərmi və pilotsuz təyyarələr istehsal etmək lazım gələcək. Qarşıdurma davam edəcək, ordu və silah xərcləri daha çox olacaq, çünki Qərb də onları artırır”, - mənbə vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri