Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

525ci qəzet Rusiyanın müharibə xərcləri qorxunc həddə çatıb

525ci qəzet Rusiyanın müharibə xərcləri qorxunc həddə çatıb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı geniş miqyaslı müharibə 34 aydır ki, davam edir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib ki, 2022-ci ilin fevralından bu yana Rusiya ən azı 700 min hərbçisini itirdiyi müharibəyə 200 milyard dollardan çox pul xərcləyib.

Son aylar Rusiyanın müharibə xərcləri kəskin artıb. Belə ki, üçüncü rübdə "milli müdafiə" başlığı altında büdcə xərcləri 4.328 trilyon rubla çatıb. Belə görünür ki, ikinci rüblə müqayisədə üçüncü rübdə hərbi xərclər 80 faiz, illik ifadədə isə 53 faiz artıb. Məlumatlara görə, iyul-sentyabr aylarında Rusiya hökuməti ordunun saxlanmasına və silah alınmasına orta hesabla həftədə 329 milyard rubl, bir gündə 47 milyard rubl, bir saatda isə 1.96 milyard rubl xərcləyib. Üstəlik, bu, hərbi məqsədlərlə xərclənən büdcə vəsaitlərinin açıqlanan hissəsidir. İctimaiyyətə açıqlanmayan, məxfi statistikanın daha yüksək olduğu şübhəsizdir.

Hətta rəsmi məlumatlar belə, hərbi xərclərin nə qədər artdığını göstərir. Hərbi xərclərin qorxunc miqyası digər sahələrlə ayrılan büdcə vəsaiti ilə müqayisədə daha aydın görünür. Məsələn, Rusiyanın bir rüblük hərbi xərci ölkənin bütün ali təhsil müəssisələrinin üç illik büdcəsi, "Səhiyyə" milli layihəsinin 15 illik büdcəsinə bərabərdir.

"Xarici ölkələrlə hərbi əməkdaşlıq" maddəsi üzrə rüblük xərclər, o cümlədən, İrandan pilotsuz uçuş aparatlarının və Şimali Koreyadan mərmilərinin alınması üçün xərclər də rekord həddə çatıb. Bütövlükdə yanvar-sentyabr aylarında hərbi məqsədlər üçün 7.1 trilyon rubl və ya bütün federal büdcə xərclərinin 27 faizi xərclənib. Bu ilin sonuna qədər bu məbləğin 11.5 trilyona qədər artacağı gözlənilir. Halbuki cari ilin büdcə qanununda müdafiə xərcləri üçün 10.7 trilyon rubl nəzərdə tutulmuşdu.

Gələn il üçün hərbi xərclərin daha da artırılaraq 13.49 trilyon rubla çatdırılmasını nəzərdə tutur. Büdcədə hərbi xərclərin payı bununla 32.5 faizə çatıb.

Bütün bunlar isə büdcənin neft və qaz gəlirlərinin azaldığı bir dövrdə baş verir. Bu ilin noyabr ayında neft və qaz gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 21 faiz azalıb.

Ekspertlər hesab edir ki, neftin qiyməti büdcə üçün problemə çevrilir. Noyabr ayında "Urals" markalı neftin bir barreli orta hesabla 63,48 dollara satılıb ki, oktyabr ayı ilə müqayisədə 2 faiz, ötən illə müqayisə də 12 faiz aşağıdır. Bir neçə gün öncə Rusiyanın neft nəhəngi "Rosneft" şirkətinin direktorlar şurasının sədri İqor Seçin qarşıdakı iki ildə brent markalı neftin bir barelinin qiymətinin 50-60 dollara düşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu isə Rusiyanın "Urals" markalı neftinin qiymətinin 45-50 dollara enməsi deməkdir. Üstəlik də, sanksiyalar neft sənayesinin xərclərini artırır və "qara qızıl"ın hasilatı daha da bahalaşır. Belə bir şəraitdə isə hərbi xərclərin qorxunc həddə çatması Rusiyada iqtisadiyyatın çöküşünü qaçılmaz edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri