Icma.az
close
up
RU
Rusiyanın “Qiyamət silahı” nümayiş etdirildi: Qarşısıalınmaz raket, “Uçan Çernobıl” və... ANALİZ

Rusiyanın “Qiyamət silahı” nümayiş etdirildi: Qarşısıalınmaz raket, “Uçan Çernobıl” və... ANALİZ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, 26 oktyabrda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin Ukraynadakı düşmən qüvvələrinin genişmiqyaslı mühasirəsi və nüvə enerjisi ilə işləyən, dünyada misli görünməmiş raketin– “Burevestnik”in nümayişi ilə bağlı ali komandanlıqla görüş keçirdi.

Görüşdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov görüşdə Ukraynada davam edən hərbi əməliyyatların vəziyyəti və misli görünməmiş dərəcədə böyük bir düşmən qrupunun mühasirəsi haqda məlumat verib.

"Bu gün iki sahəni vurğulayacağam. Birincisi, Mərkəz qrupunun məsuliyyət zonasıdır. 2-ci və 51-ci Orduların birləşmələri və hərbi hissələri, yaxınlaşan oxlar boyunca irəliləyərək, Krasnoarmeysk və Dimitrov ərazisində düşmənin mühasirəsini başa çatdırdılar. Ukrayna Silahlı Qüvvələrinin 31 batalyondan ibarət böyük bir qrupu mühasirəyə alınıb”- deyib.

Baş Qərargah rəisinin sözlərinə görə, bundan əlavə, başqa bir mühasirə də var: "Kupyansk şəhəri Qərb qüvvələr qrupunun əməliyyatları istiqamətində isə 18 döyüş batalyonu mühasirəyə alınıb”.

Ali Baş Komandan mühasirəyə alınan böyük sayda canlı qüvvəyə qarşı mümkün qədər humanist yanaşılmanı istədi:"Lazımsız itkiləri minimuma endirmək üçün xahiş edirəm ki, Ukrayna hərbçilərinin- əlbəttə ki, bunu etmək istəyənlərin- təslim olmasını təmin etmək üçün bütün kompleks tədbirlər görülsün. Bu əraziləri təmizləmək üçün döyüş əməliyyatları zamanı Ukrayna qüvvələrinin canlı qalxan kimi istifadə etdiyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməliyik. Yerli sakinlərə bütün lazımi kömək göstərilməli və onların təhlükəsiz ərazilərə təxliyəsi üçün tədbirlər görülməlidir”.

Daha sonra V.Putin keçirilən son təlimlərlə bağlı danışıb: “Nüvə enerjisi ilə işləyən limitsiz mənzilli "Burevestnik" qanadlı raketi dünyada analoqu olmayan unikal bir texnologiyadır. Bu, yüksək səviyyəli mütəxəssislərimizin işidir, artıq həlledici sınaqlar da başa çatmışdır".

O, Baş Qərargah rəsisindən bu haqda ətraflı məlumat verməsini xahilş etdi. Valeri Gerasimov qeyd etdi ki, yekun sınaq 21 oktyabrda keçirilib, onun əvvəlki sınaqlardan fərqi ondadır ki, raket 15 saat uçdu, 14.000 kilometr məsafəni qət etdi və bu, son hədd deyil. Burevestnikin texniki xüsusiyyətləri ümumiyyətlə onun istənilən məsafədə yüksək dərəcədə qorunan hədəflərə qarşı zəmanətli dəqiqliklə istifadəsinə imkan verir və o, heyrətləndirici imkanlara sahibdir. Bundan əlavə, raketin uçuşu zamanı bütün təyin olunmuş şaquli və üfüqi manevrlər yerinə yetirildi və bununla da raket əleyhinə və hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün yüksək imkanları nümayiş etdirildi".

Baş Qərargah rəisi qeyd edib ki, bu raket havada 15 saat qalıb, 14 min km məsafə qət edib və bu son limit deyil.

Burevestnik raketi nüvə mühərrik sistemi və faktiki olaraq limitsiz mənzilə malik qitələrarası qanadlı raketdir. Hərbi ekspertlərin fikrincə, raketin imkanları dəyişkən uçuş trayektoriyası və son dərəcə uzun manevr müddətini də nəzərə alaraq, hava hücumundan müdafiə və raketdən müdafiə xətlərini rahatlıqla aşmağa imkan verir. Bu raketin dünyada analoqu yoxdur və ziqzaqvari uçuş trayektoriyası ilə getdiyi üçün onun radarları çaş-baş salması və vurulmasının praktiki olaraq mümkün olmaması ona qarşı müdafiə sisteminin mövcud olmadığını göstərir.

“Burevestnik”in sınaqlarında əldə edilən nəticələr və Ukraynada çox böyük ordu qruplarının Rusiya tərəfindən mühasirəyə salınması NATO-da həyəcan yaradıb. ABŞ və Avropa siyasətçiləri üçün bu, soyuq duş oldu. ABŞ Prezidenti bu vəziyyətlə bağlı Röytersin sualına cavab olaraq bildirib ki, Ukraynada müharibəyə son qoyulmalıdır və belə raketlərə ehtiyac yoxdur.

ABŞ-ın İllinoys Texnologiya İnstitutunun fizika professoru Ceff Terri “Burevestnik” mühərrikinin xalis (qeyri-istilik) gücünü təxminən 766 kVt olaraq qiymətləndirib. O, bunun müasir nəsil kompakt nüvə reaktorunun potensial güc diapazonuna uyğun olduğu qənaətinə gəlib. Belə ki, Burevestnik eyni reaktorda qapalı dövrəli qaz turbinindən istifadə edən “Poseidon”dan fərqli olaraq, açıq dövriyyəli qaz turbinindən istifadə edir, burada işlənmiş qaz və soyudulmuş qaz reaktora geri çevrilir.

"Nezavisimaya Gazeta"ya görə, raketin gücləndirici mühərriki bərk yanacaqla işləyir, davamlı mühərriki isə nüvə havası ilə nəfəs alan raketdir. Ölçülər: buraxılış zamanı uzunluq – 12 m, uçuşda – 9 m, frontal proyeksiyadakı gövdə 1 x 1,5 m ölçülü elliptik formaya malikdir.

3 mart 2018-ci il tarixində TASS xəbər agentliyi hərbi-diplomatik mənbəyə istinadən kruiz raketlərində və sualtı nəqliyyat vasitələrinin istehsalında istifadə edilə bilən kiçik ölçülü nüvə elektrik stansiyasının sınaqlarının başa çatdığını bildirmişdi. Son illərdə bu texnologioya ilə bağlı çoxlu sınaqlar keçirildi və nəhayət son versiya ortaya qoyuldu- bu, çox qorxunc və qarşısıalınmaz raketdir.

Bu raketin hələ əvvəlki illərdə sınaqları aparılarkən NATO prosesi diqqətlə izləyirdi. 2020-ci ilin iyul ayında ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Elçisi Marşal Billinqsli raketi "qiyamət sistemi" və "uçan Çernobıl" adlandırdı. Hərbi mütəxəssislər raketin bir neçə gün havada qalma potensialına malik olduğunu təxmin edirlər.

2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzi hesabatında Rusiyanın "Burevestnik" raketini qəbul edəcəyi təqdirdə "qitələrarası mənzilə malik unikal bir silah" əldə edəcəyi qənaətinə gəlmişdi.

2020-ci ilin sentyabr ayında Böyük Britaniya hərbi kəşfiyyatının rəhbəri general-leytenant Cim Hokenhull raketin demək olar ki, qeyri-müəyyən müddətə “qış yuxusu” vəziyyətində qalma və gözlənilməz istiqamətlərdən hədəfləri vurma qabiliyyəti barədə məlumat verib. Son sınaqlar da bunu təsdiqlədi və bütün sınaq detalları haqda ABŞ-a məlumat verildi.

2021-ci ildə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu "Burevestnik" raketinin nominal mənzilinin 20.000 kilometrə qədər olacağını və bu raketlərin Rusiyanın istənilən yerində yerləşməsinə və ABŞ-dakı istənilən hədəflərə zərbə endirməsinə imkan verəcəyini bildirmişdi.

Eyni mənbə "Burevestnik"in gözlənilən uçuş hündürlüyünün cəmi 50-100 metr- ənənəvi mühərrikli qanadlı raketlərdən xeyli aşağı olduğunu göstərmişdi. Bunun hava hücumundan müdafiə radarlarının aşkarlamasını daha da çətinləşdirəcəyi gözlənilir.

Nuclear Threat Initiative-nin (Nüvə Təhdidi Təşəbbüsü) hesabatına görə, "əməliyyat zamanı "Burevestnik" nüvə başlığı (və ya döyüş başlıqları) daşıyacaq, aşağı hündürlükdə dünya orbitində fırlanacaq, raketdən müdafiə sistemlərindən yayınacaq və ərazidən yayınacaq; və döyüş başlıqlarını gözlənilməz bir yerdə (və ya yerlərdə) buraxacaq".

Ekspertlərin fikrincə, Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətini uzatmaq təklifi ABŞ tərəfindən rədd edilərsə, bu raketlərin geniş partiyası ordunun ixtiyarına veriləcək.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri