Icma.az
close
up
RU
“Uçan Çernobıl”: Niyə Qərbdə nüvə qurğulu raketlər yaratmırlar?

“Uçan Çernobıl”: Niyə Qərbdə nüvə qurğulu raketlər yaratmırlar?

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Rusiya yeni raketlə bağlı məlumatların çoxunu gizli saxlayır. Bilinənlər bundan ibarətdir ki, sınaq zamanı raket nüvə qurğusunun verdiyi enerji ilə 15 saat ərzində 14 min kilometr məsafə qət edib. Bu zaman mürəkkəb manevrlər həyata keçirib. İddiaya görə, nüvə qurğusu raketə praktik olaraq istənilən qədər havada qalmaq imkanı verir.
Sınaq zamanı “Burevestnik” guya raket əleyhinə müdafiə sistemlərindən sivişmək bacarığını nümayiş etdirib. Qanadlı raketin səs sürətinə yaxın göstəricilərlə aşağı məsafədə (25-100 metr) uçduğu bildirilir. Putinin sözlərinə görə, bu raket “dünyada analoqu olmayan unikal silah”dır.
Rusiya sınaqların keçirildiyi yeri gizli saxlayırdı. Amma Norveçin hərbi kəşfiyyatı rusları gülünc vəziyyətə salaraq bildirdi ki, sınaqlar Barents dənizindəki “Yeni torpaq” arxipelaqında baş tutub.
Qərbdə əksər ekspertlər bütün bunların hərbi yox, siyasi məsələ olduğunu düşünürlər. Ukraynada gedən müharibənin təcrübəsi göstərir ki, səs sürətinə yaxın sürətlə hərəkət edən raketlər HHM sistemlərindən yayına bilmirlər. Hazırda bu məqsəd üçün hipersəs sürətli raketlər daha münasibdir. Yəni sürət baxımından “Burevestnik” müasir HHM sistemlərinin qarşısında ciddi üstünlüyə malik deyil.
Bəs niyə NATO ölkələri indiyə qədər nüvə qurğusu ilə işləyən raketlər yaratmayıb? Axı bunu Rusiyada bacarırlarsa, texnoloji baxımdan xeyli qabaqda olan Qərbdə də bacarardılar. Məsələ ondadır ki, raketin nüvə qurğusundan enerji alması kifayət qədər mübahisəli "üstünlük"dür. Raket havada uzun müddət qalmaq üçün deyil, mümkün qədər qısa vaxtda hədəfə çatmaq üçündür. Havada nə qədər çox qalacaqsa, məhv edilməsi bir o qədər asan olacaq. Xüsusilə də söhbət nüvə reaktorlu raketdən gedirsə: Çünki bu qurğu çox uzaq məsafələrdən, hətta kosmosdan qeydə alına bilən radiasiya fonu yaradır.

NATO-da hesab edirlər ki, “Burevestnik” (Alyans onu “Skyfall” adlandırır) kimi nüvə qurğulu raketlərin yaradılması böyük risklər daşıyır. Hərbi blokun ekspertləri hətta “Buravestnik”ə “uçan Çernobıl” ləqəbini veriblər. Çünki nüvə reaktorunun partlaması, nasazlığı və digər bu kimi hallarda ağır radiasiya sızması ola bilər. Raket üçün kiçik, yığcam nüvə reaktorunun yaradılması mühəndislik nöqteyi-nəzərindən çox çətin və bahalı işdir. Bunun qarşılığında həmin silahın verdiyi üstünlük isə aydın deyil. NATO-da hesab edirlər ki, bu tip silahların təkamülü baxımından uzaqmənzilli hipersəs raketlərinin yaradılması daha doğru yoldur.
Ümumi mənzərə belə alınır ki, “Burevestnik” Putin üçün hərbi yox, Trampla dialoqda siyasi arqument idi. Çünki “Qızıl qübbə”nin yaradılması ilə ABŞ nüvə təhdidləri balansını öz xeyrinə dəyişəcək. Rusiyanın ona simmetrik cavab vermək, yəni bənzər HHM sistemi yaratmaq üçün heç bir imkanı yoxdur. Ona görə də potensial olaraq “Qızıl qübbə”ni yarmağa qadir silahların yaradılması ilə təhdid balansını qorumağa çalışır. Amma alınmadı. Qərbdə “fırtına quşu”ndan qorxmadılar. Dimdiyində nə daşıyacağından asılı olmayaraq.
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri