Icma.az
close
up
RU
Rusiyanın regionlarında bir gecədə 24 Ukrayna PUAsı məhv edilib

Rusiyanın regionlarında bir gecədə 24 Ukrayna PUAsı məhv edilib

Rusiyada hava hücumundan müdafiə sistemləri bir gecədə bölgələr üzərində Ukraynanın 24 PUA-sını məhv edib və ələ keçirib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyasında PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 24 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Altı PUA Rostov vilayəti, beşi Bryansk vilayəti, dördü Belqorod vilayəti, üçü Ryazan vilayəti, biri Həştərxan vilayəti, beşi isə Krasnodar diyarının üzərində məhv edilib”, - qurum qeyd edib.

seeBaxış sayı:42
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri