Icma.az
close
up
RU
Rusiyanın səhm bazarı 2 milyard dollar çöküb

Rusiyanın səhm bazarı 2 milyard dollar çöküb

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kreml və Qərb arasında kəskin eskalasiya və Ukraynanın ABŞ-nin uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə ilk zərbələri Moskva Birjasında səhmlərin, dövlət istiqrazlarının və rubl məzənnəsinin sərt şəkildə düşməsinə səbəb olub.

Bu barədə “The Moscow Times” yazıb.

Çərşənbə axşamı keçirilmiş hərrac sessiyasının nəticələrinə əsasən, Rusiyanın ən iri 50 şirkətinin səhmlərini əhatə edən Moskva Birjası indeksi 3,32 % enərək 2630,5 bəndə düşüb. Bu çöküş son iki ilin ən böyüyü olub ki, bu indeks kapitalizasiyasının 179 milyard rubl azalması deməkdir.

Səhmlərin dollar dəyərini izləyən RTS indeksi isə kapitalizasiyada təxminən 2 milyard dollar və ya 3,43 % itirib. Hərracın bağlanışında 828,38 bənd səviyyəsində olan indeks, müharibənin ilk günündən (24 fevral 2022-ci il) bəri ən aşağı səviyyəyə çatıb.

Birjada qiyməti artan səhmlər, demək olar ki, olmayıb. Saat 20:14-ə (Bakı vaxtı ilə 21:14) olan vəziyyətə görə, “Sberbank” səhmləri 3,3 %, “Qazprom” – 3 %, “Rosneft” – 2,9 % ucuzlaşıb. “Severstal”ın qiymətli kağızları 3,7 %, “Mechel” – 4,1 %, “Rosset” isə 5,2 % düşüb.

Mərkəzi Bankın rəsmi dollar məzənnəsi il ərzində ilk dəfə 100 rubldan yuxarı qalxıb, “Forex”də isə 101,1 rubla çatıb. Federal borc istiqrazlarının qiymətlərini izləyən RGBI indeksi yenidən düşərək 0,82 % itirib.

“Veles Kapital” analitiki Yelena Kojuxovanın fikrincə, bazar “geosiyasi risklərin artmasına” reaksiya verir. Bazar günü ABŞ ilk dəfə Ukraynaya 300 km mənzilli ATACMS raketlərini Rusiya ərazisinə hücum üçün istifadəyə icazə verib və çərşənbə axşamı gecəsi ilk belə hücum baş verib. Hücum nəticəsində Bryansk vilayətindəki hərbi baza vurulub. Kreml isə yeni nüvə doktrinasını təsdiqləyib. Bu doktrina de-fakto Ukraynaya nüvə zərbəsi endirməyə imkan yaradır. Sənədə əsasən, Rusiya Prezidenti Vladimir Putin dron hücumu və ya nüvə dövlətlərinin dəstəklədiyi qeyri-nüvə dövlətinin qanadlı raket zərbəsinə cavab olaraq nüvə silahından istifadə edə bilər.

Eskalasiya risklərinin nəticələri “proqnozlaşdırılmaz” ola bilər, deyə Kojuxova bildirir. “Finam”ın baş analitiki Aleksandr Potavinin fikrincə, mövcud şəraitdə Rusiya bazarının “perspektivləri o qədər də ümidverici deyil”. Onun sözlərinə görə, Mərkəzi Bank əsas faiz dərəcəsini artırmağa davam edəcək, xarici ticarətdəki vəziyyət pisləşir ki, bu da rublun məzənnəsinə təzyiq göstərir. Potavin proqnozlaşdırır ki, dolların məzənnəsi 102,5 rubla çata bilər. Kojuxovanın gözləntisinə görə, Moskva Birjası indeksi 2 500 bəndə – 2023-cü ilin mayından bəri ən aşağı səviyyəyə düşə bilər. \\Report.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri