Kəlağayı milli dəyərimiz, zəriflik və gözəllik rəmzi
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan xalqının zəngin milli-mədəni irsinin, qadın zərifliyinin, ismətinin və gözəlliyinin rəmzlərindən biri olan kəlağayı əsrlər boyu özünəməxsus dəyərini qoruyub saxlamışdır. Milli kimliyimizin ayrılmaz parçası olan bu qədim sənət nümunəsi yalnız geyim elementi deyil, həm də xalqımızın adət-ənənələrini, mənəvi dünyasını, estetik düşüncəsini və tarixini özündə yaşadan qiymətli irsdir.
Bu milli dəyərin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə 26 noyabr Kəlağayı Gününə həsr olunmuş tədbir keçirildi.
Öncə tədbir iştirakçılarına milli geyim mədəniyyətimizin bir elementi olan kalağayının tarixi, onun Azərbaycan qadınının həyatında və milli-mənəvi dəyərlər sistemində tutduğu mövqeyi əks etdirən vieo süjet nümüyiş etdirildi.
Təbiri giriş sözü ilə açan filialın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı kəlağayının yaranma tarixindən söhbət açaraq kəlağayının ən az min illik yaşı olmasından, bir çox Şərq ölkələrinə yayılmasından, XIX-XX əsrlərdə Azərbaycanın ipəkçilik mərkəzlərində, xüsusilə Basqalda toxunan kəlağayıların Yaxın Şərq, Orta Asiya və hətta Avropada da məşhurlaşmasından, UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən sonra bu milli dəyərin bütün dünya miqyasında tanınmasına şərait yarandılmasından, ilk nümunələrinin orta əsrlərdə Şirvan və Basqal kimi bölgələrdə ipək parçaların əl işləri ilə hazırlanması yolu ilə meydana çıxmasından, bu geyim növünün Azərbaycanın gündəlik həyatında və mərasimlərində mövcud olmasından bəhs etdi.
Tədbirin təşəbbüsçülərindən olan Şəhid anası Simuzər Bağıyeva çıxışında kəlağayı nəinki qadınların gözəlliyinin simvolu, həm də ailə, mərasim və adət-ənənələrin ayrılmaz hissəsi olmasını, Azərbaycan qadınının ləyaqət, zəriflik və saflıq simvolu olmasını, onun rəng və naxış müxtəlifliyi qadının yaşı, ailə vəziyyəti, sosial statusu və məqamını ifadə etməsini qeyd etdi.
Tədbirdə iştirak eən ağbirçək şəhid anası Cəmafət Əzizova isə Hər bir milli dəyər onu yaşadan, sevən və gələcək nəsillərə ötürən insanların varlığı ilə ömrünü davam etdirməsini, kəlağayı da xalqımızın yaddaşında, mədəniyyətində və qəlbində yaşayan, Azərbaycan qadınının ismətini, yaraşığını və milli qürurunu təcəssüm etdirən nadir sənət incilərindən olmasını bildirdi.
Tədbir milli irsimizə sevgi və ehtiramın ifadəsi, qədim ənənələrimizin müasir dövrdə yaşadılmasının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Baxış sayı:77
Bu xəbər 27 Noyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















