Rusiyanın sorğusu əsasında Bakıda saxlanılmış Yelena Xaxaleva azad edilib
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Xaxalevanın azad edildiyini Turan agentliyinə onun vəkili Şəhla Hümbətova bildirib. Belə ki, o, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayəti verib.
"Fevralın 4-də Apellyasiya Məhkəməsi Yelena Xaxalevanın azad edilməsi barədə qərar qəbul edib. Sonra biz bəzi sənədlərin hazırlanması üçün prokurorluğa getdik", - vəkil deyib.
Xatırladaq ki, Xaxaleva yanvarın 28-də Dubaya getmək istəyərkən Bakı hava limanında saxlanılıb.
Krasnodarlı keçmiş hakim Xaxaleva Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, Rusiyaya könüllü qayıtmaqdan imtina edərək ona qarşı təqibin siyasi motivli olduğunu bildirib.
Xaxaleva əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub.
Xaxaleva 2021-ci ilin dekabrında Rusiyanı tərk edib və onun barəsində beynəlxalq axtarış elan edilib. 2022-ci ildə Rusiya məhkəməsi onun həbsinə qiyabi order verib. Xaxalevanın ekstradisiyası ilə bağlı Rusiyanın rəsmi tələbinin olub-olmadığı hələlik məlum deyil.
Rusiyada Yelena Xaxaleva dələduzluqda, vəzifə saxtakarlığında ittiham olunub. Onun barəsində cinayət işi 2021-ci ildə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tələbilə qaldırılıb.
"Turan" İA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















