Rusiyanın Surqut şəhərində hicablı xanıma hücum edilib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsinin Surqut şəhərində azyaşlı övladı ilə küçədən keçən hicablı xanıma hücum edilib.
Newscenter.az-a Surqutda yaşayan soydaşlarımızın verdiyi xəbərə görə, hicablı xanıma və övladına hücum edən şəxs eyni cinsin nümayəndəsi olub və o, öz həmcinsinə olduqca aqressiv davranaraq təhqiramiz sözlər deyib. Hücum edən xanım "Surqut İslam bölgəsi deyil" deyərək, hicablı xanımı videoya çəkməyə başlayıb. Daha sonra isə qadının hicabını cırmağa çalışıb. Kənardan bu hadisəni müşahidə edən şəxslərin müdaxiləsi nəticəsində hicablı xanımı onun əlindən almaq mümkün olub. Hücum edən xanım hadisə yerindən qaçıb.
Yerli ictimai qruplarda və sosial mediada yayılan məlumatlara görə, hücumu törədən şəxs hələ də məsuliyyətə cəlb edilməyib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiyanın Surqut şəhərində baş verən yanğında 7 nəfər həlak olub
05 Noyabr 2025 12:36
Rusiyanın Belqorod şəhərində kütləvi evakuasiya elan edilib
09 Fevral 2026 08:34
Rusiyanın Rostov şəhərində fövqəladə vəziyyət elan edilib...
16 Dekabr 2025 15:06
Rusiyanın Azov şəhərində GÜCLÜ YANĞIN
07 İyun 2025 14:41
Rusiyanın 4 şəhərində aeroportlar BAĞLANDI
11 Fevral 2025 14:54
Baxış sayı:142
Bu xəbər 27 İyul 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















