Icma.az
close
up
RU
Rusiyanın təxribat xarakterli xeyriyyə işləri

Rusiyanın təxribat xarakterli xeyriyyə işləri

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Rusiya Qarabağdan könüllü köçən ermənilərə "Rusiya səninlədir" adı altında 140 ton yardım göndərib. Rusiya avqust ayı ərzində Qarabağdan köçən ermənilərə müntəzəm yardımlar edəcək. Göründüyü kimi, Moskva "Rusiya səni unutmayıb"- kimi şüarlarla Qarabağ məsələsini gündəmdə saxlayır və bunu Azərbaycana qarşı təzyiq etmək üçün istifadə edir.
Qeyd edim ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə vətəndaşlıq və iş verir. Artıq Ermənistan hakimiyyəti Qarabağ erməniləri ifadəsindən imtina edir. Amma, Rusiya bu siyasətindən imtina etmək istəmir. Bununla Ermənistanın daxili siyasətinə qarışır. Rusiya bununla Qarabağ ermənilərinin geri qayıtması üçün yeni bir kampaniyaya başladacaq. Həmçinin Qarabağdan köçən ermənilərin yenidən qondarma hakimiyyətini qurmaği planlaşdırır.
Ermənistan hakimiyyəti Rusiyanın bu oyunlarına imkan verərsə, Qarabağdan köçən ermənilər birinci N. Paşinyana qarşı olacaqlar. Rusiya Ermənistan daxilində yeni separatçı ocağı yaradıb, Azərbaycanı təhdid etməyi planlaşdırır. Bununla iki ölkə arasında sülh prosesini pozmağı planlaşdırır. Azərbaycan Ermənistan hökumətinə Rusiyanın Qarabağdan köçən ermənilər üzərindən siyasi oyun qurmasına imkan verməməsini tələb etməlidir. Artıq Rusiya Qarabağı tərk etmiş ermənilərin şəxsi məlumatlarını toplamağa başlayıb “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyi Qarabağı könüllü tərk edən vətəndaşların şəxsi məlumatlarını toplayır.
Erməni hökumətindəki mənbələrin məlumatına görə, insanlardan pasport, doğum şəhadətnaməsi və digər sənədlərin surətlərini təqdim etmələri tələb olunur.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra, Rusiya Qarabağ mövzusundan imtina etməyəcək.
Məhəmməd Əsədullazadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri