Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb
Icma.az bildirir, Missiya.az-ə əsaslanaraq Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1050 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 868 min 230 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 7 tank, 44 artilleriya sistemi və 6 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb
27 Yanvar 2025 10:10
