Icma.az
close
up
RU
Rusiyanın Ukraynada üstünlüyü növbəti eskalasiyaya gətirib çıxaracaq ŞƏRH

Rusiyanın Ukraynada üstünlüyü növbəti eskalasiyaya gətirib çıxaracaq ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Trampın 28 maddəlik sülh planı rəsmən fiaskoya uğrayıb

Vaşinqton Cenevrədə keçirilən ABŞ-Ukrayna məsləhətləşmələrinin nəticələrinə əsasən düzəliş edilmiş Ukrayna ilə bağlı sülh planının parametrlərini Moskvaya göndərib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, əsas parametrlər ötürülüb və gələn həftə Moskvada danışıq olacaq. Qeyd edək ki, noyabrın 23-də ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı ilə bağlı məsləhətləşmələr aparıb. "Skay Nyus" məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yenilənmiş sülh planını ilk dəfə şərh etdi və mətbuat konfransındakı açıqlamaları ilə göstərdi ki, konstruktivlik təəssüratı yaratmaq cəhdlərinə baxmayaraq, Moskva güzəştə getmək istəmir: "Putin Vaşinqtonun təklifini gələcək razılaşmalar üçün əsas adlandırıb, eyni zamanda, əvvəlki ərazi ultimatumlarına qayıdıb. Çıxışının əvvəlində o, danışıqlara ciddi hazırlıqdan bəhs edib, Trampın planının ümidverici xarakter daşıdığını vurğulayıb və hətta Avropa təhlükəsizliyi məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Amma əsas terminlərə gəldikdə, Putinin barışdırıcı tonu yoxa çıxıb. Putin bir daha Rusiyanın Krım və Donbas üzərində suverenliyinin tanınmasını tələb edib. Bu tələb son layihədən kənarlaşdırılsa da, Rusiya lideri onu danışıqlar gündəliyinə qaytarmağa ümid etdiyini və güzəştə getməyəcəyini açıq şəkildə bildirdi. Putin çıxışında birbaşa təhdid də irəli sürüb və bildirib ki, Ukrayna qoşunları tutduqları ərazilərdən geri çəkilməlidir, əks halda Rusiya buna hərbi yolla nail olacaq. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini bir daha şübhə altına alıb, Kiyev isə bunu uzun müddətdir, prosesi gecikdirmək və real dialoqdan yayınmaq cəhdi kimi qiymətləndirir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gələn həftə növbəti məsləhətləşmələr mərhələsi keçirmək üçün Moskvaya səfər edəcəyi gözlənilir. Lakin Putinin açıqlamalarından sonra müşahidəçilər hər hansı əhəmiyyətli irəliləyiş gözləmir. Amerikalı diplomatın Kremlin yenilənmiş sülh planı layihəsinə razılığını əldə edə bilməsi ehtimalı azdır".

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, ABŞ Prezidenti D.Trampın Ukrayna üzrə "Sülh planı" Avropa və Ukrayna tərəfindən qəbul edilmədi. Onun sözlərinə görə, artıq 28 maddədən ibarət "sülh planı" yoxdur:

"Avropa, ABŞ və Ukraynanın Cenevrədə hazırladığı 19 maddəlik atəşkəs müqaviləsindən ibarətdir. Rusiya buna cavab olaraq Kiyevə genişmiqyaslı ballistik raketlər və dronlarla zərbə endirib. Danışıqlara maraqlı olduğunu deyən Rusiyanın Kiyevə ağır şəkildə hücum etməsi göstərir ki, Avropanın planını qəbul etmək istəmir. ABŞ-nin təkbaşına qərarlar qəbul etməsinin qarşısı Avropa tərəfindən alınır. Türkiyə də ABŞ 28 maddəlik "sülh planını" qəbul etməyib. Avropa və ABŞ tərəfindən yeni atəşkəs planı hazırlanıb. Rusiya bu planı qəbul edərsə, proses davam edəcək. Ümumiyyətlə, Rusiyanın Ukraynada az da olsa üstünlüyü növbəti eskalasiyaya gətirib çıxaracaq. Avropa prosesə obyektiv yanaşır. Amma Tramp Ukrayna məsələsinə spesifik yanaşır. Onun üçün Ukraynanın torpaq güzəştə getməsi sadə görünür və çalışır ki, atəşkəs əldə edilsin. Bununla da, ABŞ və Rusiya iqtisadi əlaqələri bərpa etsin, investisiya layihələri reallaşdırsın. Rusiyanı isə sosial rifah deyil, yeni ərazilər qazanıb, imperiyanı genişləndirmək maraqlandırır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri