Icma.az
close
up
RU
Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Ukrayna ordusunu dağıda bilməyəcək və məcbur olacaq ki, Kiyevin mövqeyini nəzərə alsın.

Globalinfo.az xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş lideri, hazırda həbsdə olan İqor Strelkov deyib.

O, Ukraynada döyüşlərin bitməsi ehtimalının hələlik dumanlı olduğunu bildirib:

“Trampda optimizmin olması təbiidir. ABŞ böyük xarici siyasi uğur əldə edib, ən azında vasitəçilik funksiyasını monopoliyaya ala bilib. Bu isə diplomatiyada elə də kiçik uğur deyil. Məsələn, son dəfə ABŞ Rusiya ilə onun rəqibləri arasında vasitəçiliyi 120 il əvvəl ediblər. Söhbət Rus-Yapon müharibəsinin sonundan gedir ki, orada da müharibə ABŞ-da Portsmunt müqaviləsinin bağlanması ilə bitdi. ABŞ Rusiyaya şərt kimi nə irəli sürüb, bilmirik. Lakin güman edə bilərəm ki, şərt bizim üçün uyğun deyil, ona görə də açıqlamırlar. Trampın bizə Ukraynanı Çinə qarşı ittifaq qarşılığında verəcəyi fikriylə də razılaşmıram. Əminəm ki, Tramp bizə ümumiyyətlə heç nə verməyəcək, amma əvəzində çox şey götürə və hər şeyi bağışlayacağını söz verə bilər. Amma Tramp NATO-dakı müttəfiqlərinə mane olmayacaq, Ukraynanı isə dəyənək kimi dəstəkləyəcək ki, Moskvanı onun istədiyi güzəştləri qəbul etməyə məcbur edə bilsin. Bəziləri sevinir ki, Ukrayna danışıqlarda subyekt deyil.

Bəli, elədir, amma heç kim Ukraynanı Rusiyanın hərbi düşməni statusundan məhrum edə bilməz, çünki 3 il ərzində təkcə dağılmaqdan xilas olmadı, həm də Rusiyaya bərabər formada müqavimət göstərdi. Ona görə də Ukraynanı hesabdan silmək çox tezdir. Vaşinqton və Moskva bunu istəsə də, istəməsə də nəzərə almalı olacaqlar. Situasiyanı dəyişmək olar, bunun üçün Ukrayna ordusuna ən azından böyük məğlubiyyətlər yaşatmaq lazımdır. Lakin belə başa düşürəm ki, Moskvanın gündəmində indi belə məsələ yoxdur. Bu da bizim danışıqlardakı mövqeyimizin zəif olduğunu göstərir. Bununla belə mən müharibənin yaxın həftələr və aylarda bitəcəyini proqnozlaşdırmıram. Bizim ölkənin içində olduğu sistem böhranının isə gələcəyi yoxdur və o daha da dərinləşəcək”.

Qeyd edək ki, Strelkov Ukrayna tərəfindən axtarışdadır. Moskva onu 2014-cü ildə Ukraynada separatçı ocaqlarının yaradılması, inkişafı və Kiyevə qarşı müharibənin başlanmasında aktiv fiqur kimi istifadə edib. Rusiyada isə o, Priqojin qiyamından bir neçə il sonra bir sıra digər millətçilər kimi həbs edilib. Həbsinin əsl səbəbi bilinmir, amma bəzi ekspertlər bunu Rusiya elitasındakı qarşıdurmanın nəticəsi kimi görürlər.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2025 01:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri