“Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir” Zelenski
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ rəhbəri Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarında Rusiyanın ərazi tələblərinin müharibəni uzatmaq üçün bəhanə olduğunu bildirib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Zelenski Kiyevdə keçirdiyi birifinqdə deyib.
Onun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya kompromislərə hazırdır və onun üçün ən vacib məsələ Kiyevə və Moskva arasında birbaşa danışıqların başlamasıdır:
“Rusiyanın bu müharibəyə son qoymağa real hazır olduğunu nümayiş etdirməsi üçün ilk addım kimi atəşkəs rejimini görmək istərdim. Ukrayna ordusunun ərazilərimizdən çıxarılması heç vaxt baş verməyəcək. Biz bununla razılaşa bilmərik. Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir”, - əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 May 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















