Icma.az
close
up
RU
Rusiyanın yalançı dostluğu: Tarixin unudulmaz dərsləri

Rusiyanın yalançı dostluğu: Tarixin unudulmaz dərsləri

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərinə göndərdiyi təbrik teleqramı, mənə Sovet İttifaqının keçmiş münasibətlərini xatırlatdı.

Lavrovun KXDR-in Kursk vilayətindəki döyüşçülərini tərifləyən və Rusiyanın bu döyüşçülərin şücaətini unutmayacağını bildirdiyi sözləri, sanki tarixin özünü təkrarlaması kimi qəbul edilə bilər. Bu münasibətlər, təbriklər, təşəkkürlər və xoş sözlər bir zamanlar Sovet İttifaqının digər respublikalarına verdiyi mükafatlarla da müqayisə edilə bilər. Bu yazıda, Sovet dövrünün və Rusiyanın xarici siyasətinin necə bərabərsizlik və yalanlara söykəndiyini, həmçinin bu siyasətin keçmiş Sovet respublikalarına, o cümlədən Azərbaycana qarşı necə davam etdiyini yada saldı.

Keçmiş Sovet İttifaqı dövründə, Rusiya (Sovet Rusiyası) özünün təsir dairəsində olan dövlətlərə müxtəlif təriflər yağdırar, onlara müxtəlif mükafatlar təqdim edərdi. Lenin ordenləri, "Qırmızı bayraqlar" və başqa uydurma mükafatlarla bu dövlətləri öz təsiri altında saxlayırdı. Lakin bu sözlər və mükafatlar heç də səmimi deyildi. Əksinə, Sovet dövründə həmin ölkələrin əməyi və sərvəti Rusiya tərəfindən istismar edilirdi. Sovet İttifaqı ilə bağlı bütün bu təbrik və təşəkkürlər, çox zaman özündə yalançı vədləri, yanlış təşəbbüsləri, və sonda isə hərbi müdaxilələri ehtiva etdirdi.

Bu cür yalançı münasibətlərin acı nəticələrini daha çox Azərbaycan gördü. Sovet dönəmində Azərbaycan xalqı, xüsusilə II Dünya Müharibəsindəki əvəzsiz xidmətləri ilə tanınırdı. Ancaq 1990-cı ilin 20 yanvarında, Azərbaycan öz müstəqilliyini tələb etdiyi zaman, Sovet ordusu tərəfindən qanlı repressiyalara məruz qaldı. Rusiya, Azərbaycan xalqına qarşı etdiyi bu qətliamla, bir zamanlar ona təriflər yağdıran dövlətin, sonda öz maraqlarını qorumaq üçün nə qədər amansız olduğunu göstərdi. "Böyük qardaş" deyilən Rusiya Azərbaycanda 20 Yanvarda 147 nəfər günahsız insanı öldürdü, 700-dən artıq vətəndaşımızı yaraladı, həbslər, təqiblər, təhdidlər uzun müddət davam etdi.

Azərbaycanın, eləcə də digər keçmiş Sovet respublikalarının yaşadığı faciəvi təcrübələr, Rusiya tərəfindən edilən müsbət vədlərin nə qədər boş olduğunu ortaya qoydu. Və bu təcrübə, yalnız Sovet İttifaqı dövrünə aid deyil, eyni zamanda Rusiyanın müasir xarici siyasətində də özünü göstərməkdədir.

Sergey Lavrovun KXDR-in döyüşçülərinə verdiyi təbriklər, sovet dövründən sonra Rusiya tərəfindən başqa bir dövlətə qarşı göstərilən "dostluq" nümunəsidir. Bu təbriklər, KXDR üçün hər hansı bir səmimi dəstəkdən çox, Rusiyanın öz imperalist maraqlarına xidmət edir. Lavrovun sözləri, Rusiya tərəfindən verilən dostluq təkliflərinin nə qədər müvəqqəti olduğunu, və hər hansı bir dövlətin maraqlarına zidd bir vəziyyətdə Rusiya tərəfindən unudulacağını göstərir.

KXDR ilə bağlı vəziyyət, keçmiş Sovet respublikalarının yaşadıqları faciələrdən fərqli deyil. Rusiya, yalnız özünə lazım olduğu zaman dostluq göstərir, lakin bu dostluq "təqdim olunan xidmətlərə" görə çox tezliklə unutula bilər. Rusiya heç zaman ona müxalif olan hər hansı bir xalqın haqqını tanımır və bunu həyata keçirmək üçün güc istifadə etməyə hər zaman hazırdır.

Rusiya, tarixən təriflər, mükafatlar və xoş sözlərlə öz maraqlarını təmin etmək məqsədi daşıyır. Keçmiş SSRİ respublikalarında olduğu kimi, bu cür yalanlar və təsir mexanizmləri, sonda hərbi müdaxilələr, təzyiqlər və təhdidlərlə nəticələnir. KXDR-ə göndərilən təbriklər, bir daha göstərir ki, Rusiya, nə vaxtsa qarşısına çıxacaq hər hansı bir müqavimətə qarşı eyni taktikaları tətbiq edəcəkdir.

Azərbaycanda, Gürcüstanda, Özbəkistanda, Qırğızıstanda və digər keçmiş Sovet respublikalarında baş vermiş hadisələr, Rusiya tərəfindən verilən "dostluq sözlərinin" nə qədər qeyri-səmimi olduğunu və nə qədər tez unutulduğunu açıq-aydın sübutudur. Bu səbəbdən, heç bir xalqın bu yalanlara aldanmaması və tarixi dərsləri unutmaması vacibdir.

Biz, təkcə keçmiş Sovet respublikalarının deyil, həm də müasir dünya siyasətində bir çox ölkənin Rusiya ilə bağlı daha diqqətli olmasını lazım olduğunu vurğulamağa çalışıdıq. Təkcə Koreya yarımadası deyil, bütün dünya bu tarixdən dərs almalı və müasir siyasətdə bənzər yanlışlara yol verməməlidir.

Qadir Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri