Icma.az
close
up
RU
31 MART SOYQIRIMI TARİXİN UNUDULMAZ FACİƏSİ FOTOLAR

31 MART SOYQIRIMI TARİXİN UNUDULMAZ FACİƏSİ FOTOLAR

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli və qanlı hadisələrindən biri ilə üzləşib. Söhbət erməni silahlı dəstələrinin xalqımıza qarşı həyata keçirdiyi kütləvi qırğından - 31 Mart Soyqırımından gedir. Bu cinayət hadisəsi yalnız bir millətin fiziki yox edilməsi ilə bağlı bir hadisə deyil, həm də onun mədəniyyətinə, varlığına və gələcəyinə qarşı törədilən bir cinayətdir. O dövrün vəhşi hücumları nəticəsində minlərlə azərbaycanlı həyatını itirib, çox sayda insan isə evsiz, yersiz-yurdsuz qalıb.

Keçmişə nəzər yetirsək, 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra Cənubi Qafqazda xaos yaranmışdı. Bolşeviklər hakimiyyətə gəldikdən sonra erməni daşnak qrupları bu fürsətdən istifadə edərək azərbaycanlılara qarşı qırğınlar törətməyə başladılar. Mart ayında Bakı Soveti və “Daşnaksütyun” partiyasının silahlıları birlikdə hərəkət edərək şəhərlərdə soyqırım həyata keçirdilər. 

Bu qırğınların əsas məqsədi azərbaycanlıları Bakıda və digər ərazilərdə məhv etmək, torpaqları ələ keçirmək və bölgədə erməni dövləti yaratmaq idi. Osmanlı dövləti və Azərbaycan türklərinin yaxınlaşmasından qorxan erməni millətçiləri, bolşeviklərin köməyi ilə dinc insanlara qarşı qəddar hücumlar etdilər. Onlar yalnız silahlı insanları deyil, günahsız qadınları, uşaqları və yaşlıları da vəhşicəsinə qətlə yetirirdilər.

1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran ərazilərində kütləvi qətliamlar törədilib. Tarixi məlumatlara görə, bu qırğınlarda 50 mindən çox azərbaycanlı öldürülüb.

Bakı - Martın 30-dan aprelin 2-dək Bakıda erməni silahlıları qadın, uşaq, yaşlı demədən minlərlə insanı qətlə yetirdi. Evlər yandırıldı, məscidlər dağıdıldı. Erməni daşnakları bolşeviklərin köməyi ilə şəhəri nəzarət altına almağa çalışırdı.

Şamaxı - Burada soyqırım daha qəddar formada həyata keçirilib. 8 mindən çox insan öldürülüb, Şamaxı Cümə məscidində isə yüzlərlə insan diri-diri yandırılıb. Şamaxıda yalnız müsəlman əhaliyə qarşı deyil, şəhərin ümumi infrastrukturuna da ciddi ziyan vuruldu.

Quba - Quba bölgəsində yalnız azərbaycanlılar deyil, yəhudi və ləzgi icmalarından olan yüzlərlə insan da öldürülüb. Burada aparılan qazıntılar zamanı kütləvi məzarlıqlar aşkar edilib. Quba soyqırımı bu cinayətin miqyasını göstərən ən bariz nümunələrdən biridir.

Qeyd etdiyimiz kimi, bu hadisələr təkcə insanları öldürməklə bitmirdi. Kəndlər yerlə yeksan edilir, məscidlər, məktəblər və tarixi abidələr dağıdılırdı. Çünki ermənilər azərbaycanlıların təkcə fiziki varlığını deyil, onların tarixi irsini də silmək istəyirdilər. Ancaq təəssüf ki, uzun illər 31 Mart Soyqırımı ilə bağlı həqiqətlər gizlədilib. Sovet dövründə bu hadisələri araşdırmaq və danışmaq qadağan olunmuşdu.


Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar Azərbaycanın tarixini qorumaq və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün atılan mühüm addım idi. 

Hazırda Azərbaycan erməni millətçilərinin törətdiyi bu faciənin beynəlxalq səviyyədə tanınması üçün siyasi arenalarda mübarizə aparır. Həmçinin bu gün dünyanın bir çox ölkəsində azərbaycanlı icmalar 31 Mart Soyqırımı günü ilə bağlı tədbirlər keçirir, həqiqətlərin yayılması üçün müxtəlif beynəlxalq platformalarda çıxışlar edilir. Tarixçilər və tədqiqatçılar bu hadisələrə dair faktları üzə çıxarmaqda davam edirlər.

31 Mart Soyqırımı təkcə bir faciə deyil, həm də xalqımıza milli birlik və mübarizə əzmi öyrədən bir dərsdir. Bu hadisələri unutmaq olmaz, gələcək nəsillərə çatdırmalıyıq ki, belə dəhşətlər bir daha baş verməsin. Bu soyqırımı törədənlər cəzasız qalmamalıdır. Azərbaycan dövləti və xalqı bu faciənin dünyada tanınması üçün əlindən gələni etməlidir. Biz öz tariximizi bilməli, bu hadisələrdən dərs çıxarmalı və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün daha güclü olmalıyıq. Bu gün biz 1918-ci ildə şəhid olan soydaşlarımızın xatirəsini ehtiramla anırıq. 31 mart təkcə matəm günü deyil, həm də birliyimizin və tariximizə sahib çıxmağımızın bir simvoludur.

ELvin

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Mart 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri