Rusiyanın Zaporojye bölgəsinə hava hücumu nəticəsində 3 nəfər həlak olub
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya qoşunları bu gün, avqustun 6-da səhər saatlarında Zaporojye bölgəsinə hava zərbəsi endirib.
AZƏRTAC xəbər verir ki, Zaporojye regional dövlət administrasiyasının (RSA) rəhbəri İvan Fyodorov hücum nəticəsində həlak olanların və yaralıların olduğunu bildirib. O, “Telegram” kanalında yazıb: “Hava hücumu nəticəsində binalara ziyan dəyib. Ən azı üç qurbanın olduğu məlumdur”.
Regional administrasiya rəhbəri bildirib ki, Rusiya hərbi aviasiyasının hücumu nəticəsində yaralıların sayı 4-ü uşaq olmaqla 12 nəfərə çatıb. Bundan əlavə, azı 9 binaya ziyan dəyib.
“Vəziyyəti ağır və orta ağır olan 5 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Fyodorov əlavə edib.

Rusiyanın Zaporojye bölgəsinə hava hücumu nəticəsində 3 nəfər həlak olub
06 Avqust 2025 11:16
Rusiyanın 3 bölgəsinə hava hücumu
20 Noyabr 2024 12:14
Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub
23 İyun 2025 09:22
Rusiyanın hücumu nəticəsində Xarkovda 3 nəfər ölüb: 18 nəfər yaralanıb FOTOLAR
07 İyun 2025 09:39
Rusiyanın beş bölgəsinə PUA hücumu...
28 Fevral 2025 09:52

