Icma.az
close
up
RU
Rusiyaya çağırış: Vəziyyəti süni şəkildə gərginləşdirən addımlardan və bəyanatlardan çəkinin!

Rusiyaya çağırış: Vəziyyəti süni şəkildə gərginləşdirən addımlardan və bəyanatlardan çəkinin!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yekaterinburqda baş verən hadisə milli və insani dəyərlərə hörmətsizliyin göstəricisidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin qanunsuz əməliyyatları nəticəsində günahsız insanlara qarşı həddən artıq güc tətbiq edilməsi, onların həyatına son qoyulması, xəsarət alması və azərbaycanlıların kütləvi şəkildə hədəfə çevrilməsi müasir dövrün prinsipləri ilə heç cür uzlaşmır. Beynəlxalq hüquq və bəşəri dəyərlər milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasını tələb edir və bu kimi hallara haqq qazandırmaq mümkün deyil.

Milli ayrı-seçkiliyin bariz nümunəsi

Əslində, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir. Yekaterinburq hadisəsi isə  prosesin idarə olunduğunu aydın göstərir.  Rusiyada digər xalqlara qarşı şovinist əhval, ruhiyyə hökm sürür, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya Rusiyaya gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.

Yekaterinburqda baş verənlər ayrı bir hadisə kimi qiymətləndirilə bilməz. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, Azərbaycan rəsmilərinin əsassız şəkildə deportasiyası kimi hadisələr xalqımıza və onun hüquqlarına münasibətlə bağlı ciddi narahatlıq doğuran ardıcıllığı təşkil edir. Xüsusilə son aylarda Rusiya  mediasında Azərbaycana qarşı aparılan təxribat xarakterli təbliğat narahatlıq üçün əsas yaradır. Eləcə də, Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması kimi ağır insidentlərlə bağlı indiyədək lazımi tədbirlərin görülməməsi, günahkarların cəzalandırılmaması bu hadisələrin məqsədli xarakter daşıdığına dair narahatlığı daha da gücləndirir. Bu əməllər beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə və ümumbəşəri dəyərlərə tam ziddir.

Rusiya özünü müttəfiq hesab edirsə...

Belə yanaşmalar, həm də Rusiyanın müttəfiqlik prinsiplərindən tamamilə uzaq olduğunu göstərir. Əgər həqiqətən, Rusiya özünü Azərbaycana müttəfiq hesab edirsə, bu prinsiplərə uyğun addım atmalı, azərbaycanlılara qarşı zorakılıq hallarına son qoymalıdır. Eyni zamanda, Yekaterinburqda törədilmiş zorakılığa görə  ədalətli mövqe sərgilənməlidir. Lakin ölkəmizin bu çağırışlarına rəğmən, Rusiya tərəfindən qeyri-konstruktiv bəyanatlar səsləndirilir. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibinin və ölkəmizdəki səfirliyinin 2 iyul tarixli bəyanatları da bunun göstəricisidir. Həmin bəyanatlarda guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Moskvanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddia olunur.

Azərbaycan XİN iddiaları təkzib edib

Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız hesab edir. Məsələ ilə bağlı nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb. Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.

A.Hacızadənin sözlərinə görə, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimailəşdirərək siyasiləşdirməyib: “Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see264

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see205

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see150

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see145

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see135

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see134

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see132

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see128

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see128

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see126

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see125

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see125

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see125

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see125

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see124

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see120

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see118

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see118

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri