Almaniya kanslerindən İsrail və İrana çağırış: Regionda sabitliyi pozacaq addımlardan çəkinin
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz İsrailin İrana geniş hava hücumundan sonra İsrailin öz varlığını müdafiə etmək hüququna malik olduğunu bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, kansler Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb.
Berlin kanslerliyindən verilən açıqlamaya görə, Merz cümə günü səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.
Baş nazir Merz İsrailin "öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququnu” dəstəklədiyini təkrarlayıb.
Merz hər iki tərəfi "daha da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə” çağırıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















