Icma.az
close
up
RU
Rusiyaya görə Amerikayla Hindistan üz üzə gəldi

Rusiyaya görə Amerikayla Hindistan üz üzə gəldi

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Məlumdur ki, bu ilin avqust ayında ABŞ Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bu qərar Hindistanın Rusiya nefti və neft məhsulları alışı ilə əlaqələndirilib.

Bakıvaxtı.az bildirir ki, nəticədə Hindistan malları və xidmətlərinin idxalına qoyulan tariflər 50%-ə çatdırılıb. ABŞ ilə gömrük rüsumları və Rusiyadan neft alınması məsələsindəki ixtilaflar Hindistanla Vaşinqton arasındakı münasibətlərdə gərginliyə səbəb olub. Bu gərginlik fonunda Hindistanın Rusiya ilə yaxınlaşması isə birmənalı qarşılanmır. Xüsusən də Hindistanın Rusiya-Belarus hərbi təlimləri -"Zapad 2025"ə qoşulması ABŞ-ni daha da qıcıqlandırıb. Amerikalı geostrateji məsləhətçi və ABŞ Dövlət Departamentində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini David Merkelə görə, Hindistanın bu qərarı onun Moskva ilə əlaqələrinə nə qədər dəyər verdiyini göstərir. Vaşinqton və Yeni Dehli arasında münasibətlərin soyumasından sonra Hindistanın Zapad təlimlərində fəal iştirakı ABŞ-Hindistan təhlükəsizlik münasibətlərinin gələcək miqyası ilə bağlı narahatlıqları artırır.

Rusiya-Hindistan yaxınlaşması geosiyasi aləmə necə təsir edə bilər? Hindistanın Rusiyaya meyl etməsi Moskvanın gücünü artıra bilərmi?

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Hindistanın Rusiyaya, yoxsa Rusiyanın Hindistana meyllənməsini dəqiqləşdirmək çətindir:

"Hazırda Rusiya elə bir vəziyyətdə deyil ki, hansısa ölkə ona meyl göstərsin. Rusiya ayaqda durmaq üçün özü bir ölkə axtarır. Bəzi müşahidələrə görə, Hindistan isə qütbsüz dövlətdir. Sadəcə əhali baxımından dünyanın ən böyük ölkələrindən biridir. Son illər iqtisadi gücü də artıb və Böyük Britaniya iqtisadiyyatını keçib. Bu, hindistanlılar üçün önəmli nəticədir və bunu tarixi uğur hesab edirlər. Bütövlükdə isə Hindistan kasıb ölkədir, sosial rifahı Böyük Britaniya ilə müqayisə oluna bilməz. Hindistan hərbi potensialı fonunda ABŞ-yə qarşı Rusiya ilə birləşib və hərbi təlimdə iştirak edir".

Ə.Məmmədli hesab edir ki, Hindistan-ABŞ münasibətləri daha dərindir. Ona görə də Hindistanın davranışı periodik addımdır.

Əhəd Məmmədli: Qarşıdakı dövrdə Hindistanın mövqeyi ABŞ-Rusiya münasibətlərindən asılı olacaq

Müsahibimiz hesab edir ki, Hindistanın ABŞ ilə münasibətləri tamamilə kəsilə bilməz:

“Çünki tərəflər arasında ticari əməkdaşlıqlar var. Sadəcə Hindistan Rusiyaya meyl etməklə ABŞ-yə göstərmək istəyir ki, Moskvayla əməkdaşlığını gücləndirə bilər. Yəni, əvvəlki Hindistan olmadığını ABŞ-yə başa salmağa çalışır. ABŞ-nin Hindistanın bu istəyini nə dərəcədə ciddiyə alacağı naməlumdur. Fikrimcə, Hindistan hər nə qədər əvvəlki kimi olmasa da, ABŞ ilə qarşıdurmaya getməyəcək və sonda Amerika ilə razılığa gələcək".

Politoloq onu da vurğulayıb ki,qarşıdakı dövrdə Hindistanın mövqeyi ABŞ-Rusiya münasibətlərindən asılı olacaq. Onun fikrincə, ABŞ Rusiya ilə hansı səviyyədə münasibət quracaqsa, Yeni Dehli də Rusiyaya qarşı o mövqeyi seçəcək və Amerika ilə münasibətlərini saxlayacaq.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri