Icma.az
close
up
RU
Rusiyaya işləməyə gedənlərə “yaşıl işıq”

Rusiyaya işləməyə gedənlərə “yaşıl işıq”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyada xarici ölkə vətəndaşlarını da yaxından maraqlandıran iki mühüm məsələ gündəmdədir. 

Birincisi, Rusiya 2026-cı il üçün bacarıqlı xarici işçi kvotasını 44 min nəfər artıraraq 278 min 900 nəfərə çatdırıb. İkinci məsələ isə ölkə daxilində əhali hərəkətliliyinə daha ciddi nəzarət məqsədilə yaşayış qeydiyyatı qaydalarının sərtləşdirilməsi və bu qaydaların pozulması halında tətbiq ediləcək cərimələrdir. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Əmək Nazirliyi kvota ilə bağlı məsələnin yalnız regional və federal səviyyədə təsdiqlənmiş işəgötürənlərin tələblərinə əsasən müəyyən edildiyini, bunun avtomatik olaraq ölkəyə giriş hüququ anlamına gəlmədiyini vurğulayıb. Kvotanın bir hissəsi hazırda Rusiyada çalışan xarici işçilərin icazələrinin uzadılması üçün ayrılıb. 

Rusiyalı işəgötürənlərin ən çox Çin, Türkiyə, Hindistan və Serbiyadan işçi tələb etdiyi, artımın xüsusilə enerji və tikinti sahələrindəki ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq məqsədi daşıdığı bildirilib. Yeni kvota çərçivəsində ön plana çıxan iri layihələr arasında Amur Qaz-Kimya Zavodu və Amur Qaz Emalı Zavodunun tikintisi, Vostoçnıy Kosmik Bazasının ikinci mərhələsi və Leninqrad bölgəsindəki qaz-kimya kompleksi yer alır. Ölkədəki böyük infrastruktur layihələrinin yerli əmək bazarının qarşılayamadığı ixtisas sahələrinə ehtiyac duyduğu, bu səbəbdən xarici işçi kvotasının artırıldığı qeyd olunur. 

Digər tərəfdən, Rusiya hökuməti ölkə daxilində əhali hərəkətliliyinə nəzarəti gücləndirmək üçün yaşayış qeydiyyatı qaydalarını yenidən gündəmə gətirib. Dövlət Dumasının Tikinti və Mənzil Siyasəti Komitəsinin sədr müavini Sergey Kolunov bildirib ki, yerli və ya xarici fərq etmədən, bir şəhərdə 90 gündən artıq qalan şəxslər mütləq müvəqqəti qeydiyyatdan keçməlidirlər. 

Bu qaydanı pozanlara Moskva və Sankt-Peterburqda 5 min rubl, digər bölgələrdə isə 3 min rubl cərimə tətbiq ediləcək. Kolunov bu cərimələrin yalnız kirəçilərə deyil, ev sahiblərinə də şamil olunduğunu, qeydiyyatsız kirəçi saxlayan mülk sahiblərinin 800 min rubla qədər cərimə ilə qarşılaşa biləcəyini bildirib. 

Sistemin yeganə istisnasının yaxın qohum ziyarətləri olduğunu vurğulayan Kolunov  həyat yoldaşı, valideyn, nənə, baba, övlad və ya nəvənin yanında qalan şəxsin bu qaydadan azad olunduğunu, lakin qohumluq əlaqəsinin sənədlə sübut edilməsinin vacib olduğunu əlavə edib. Mütəxəssislər bu sərtləşdirmənin xüsusilə böyük şəhərlərə yönəlmiş intensiv miqrasiyanı nəzarətdə saxlamaq məqsədi daşıdığını bildirirlər. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri