Icma.az
close
up
RU
Rusiyaya məktubu Ramiz Mehdiyevin diqtəsi ilə Eldar Əmirov yazıbmış

Rusiyaya məktubu Ramiz Mehdiyevin diqtəsi ilə Eldar Əmirov yazıbmış

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ötən həftə dövlətə xəyanətdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyevin Rusiyada müəyyən strukturların rəhbərlərinə yazdığı məktub üzə çıxıb. Sözügedən məktub Ramiz Mehdiyevin, həqiqətən də, xarici qüvvələrin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı qurduğunu ifşa edib. Məktubda Mehdiyevin çevriliş planından sonra arzusunda olduğu dövlət idarəetmə quruluşu forması açıq şəkildə öz əksini tapıb.

Tribuna xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin məktubun Ramiz Mehdiyevin diqtəsi ilə bu gün həbs olunan Eldar Əmirov tərəfindən yığıldığı güman olunur.

Belə ki, Eldar Əmirova qarşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı irəli sürülüb. Uzun illər Mehdiyevin “sağ əli” olan Əmirovun həbsinə də məhz həmin məktubun səbəb olduğu iddia edilir.

Qeyd edək ki, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. Ramiz Mehdiyevin “müəllifi olduğu” kitab və məqalələrin əksəriyyətini məhz Eldar Əmirov yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri