Icma.az
close
up
RU
Ramiz Mehdiyevin köməkçisinə görünməmiş humanizm Eldar Əmirov 6 il azadlıqdan məhrum edilib

Ramiz Mehdiyevin köməkçisinə görünməmiş humanizm Eldar Əmirov 6 il azadlıqdan məhrum edilib

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilsə də, yaşı və səhhəti nəzərə alınaraq ona təyin edilən cəza şərti hesab olunub.

Ancaq bugünə qədər mediada Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun aldığı cəza haqqında hər hansı məlumat üzə çıxmamışdı.

Gununsesi.info-nun araşdırmasına görə, məhkəmənin hökmü ilə Eldar Əmirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanəti nəzərdə tutur.

Bu maddənin sanksiyasına əsasən, əməli törətməkdə təqsirli bilinən şəxslər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.

Beləliklə, qanunda 10 ildən başlayan həbs cəzası nəzərdə tutulduğu halda, Eldar Əmirova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi diqqət çəkir.

Ramiz Mehdiyevin köməkçisinə münasibətdə tətbiq edilən bu cəzanın hüquqi əsasları və cəzanın qanunda nəzərdə tutulan minimum həddən aşağı təyin edilməsinin səbəbləri isə ayrıca suallar doğurur.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri