Rusiyaya məxsus gəmiyə kim hücum edib?
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mozambik sularında Rusiyaya məxsus “Atlantida” adlı okeanoqrafik tədqiqat gəmisinə hücum edilib. Hadisə ilə bağlı artıq ölkə hakimiyyəti araşdırmalara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Mozambik Klub” portalı yayıb.
Bildirilir ki, 62 metrlik gəmi 10 mayda saat 15:00 radələrində Maputu limanına qayıdarkən atəşə tutulub. Hücum Kvirimbas arxipelaqına daxil olan Tambuzi adası yaxınlığında iki naməlum gəmi tərəfindən həyata keçirilib.
Mozambik hökumətinin nümayəndəsi insidentin baş verdiyini təsdiqləyərək bildirib ki, Rusiya tərəfindən rəsmi bildiriş daxil olmayıb. Lakin buna baxmayaraq, ölkə təhlükəsizlik qurumları məsələ ilə bağlı araşdırma aparır.
Hücumdan sonra gəmi Maputu limanında qısa dayanma etdikdən sonra Cənubi Afrika Respublikasına yola düşüb.
Yerli mənbələr hadisəni İŞİD-lə əlaqəli silahlı qruplaşmaların fəaliyyəti ilə əlaqələndirirlər. Əgər bu versiya təsdiqlənsə, bu, regionda ilk belə hücum kimi tarixə düşə bilər.
Baxış sayı:76
Bu xəbər 24 May 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















