Icma.az
close
up
RU
Rusiyaya qarşı hansı sanksiyalar ləğv edilə bilər? AÇIQLAMA

Rusiyaya qarşı hansı sanksiyalar ləğv edilə bilər? AÇIQLAMA

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çoxdan gözlənilən hadisə Tramp-Putin telefon danışığı nəhayət ki reallaşdı. Bütün sanksiyalar bir yana, bu telefon danışığı Putinlə telefon danışıqlarına qoyulan sanksiyaların özünü ləğv etdi".

Bu sözləri BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. 

Onun sözlərinə görə, başlanğıcdır, ard-arda Qərb tərəfindən telefon dəstəyinə toxunuşlar artacaq, Rusiya ilə qızğın müzakirələr intensivləşəcək. Baxmayaraq ki, Qərb bunu özünün ümumi mövqeyinin pozulması və danışıqlar başlamamışdan əvvəl Rusiya liderinə bir sıra güzəştlərin təklif edilməsi kimi dəyərləndirir:

"Tramp isə nə Avropa İttifaqındakı, nə də Böyük Britaniyadakı müttəfiqləri ilə (Kanada məsələsində fikir ayrılıqları da bura daxil) planlarını müzakirə etməyi vacib belə hesab etmədi. Bu durumda Aİ tamamilə tək qalır, (Brexitdən başlayaraq Böyük Britaniyanın daha da artan iddiaları, Trampın həm də Böyük Britaniyaya qarşı Kanada məsələsini aktuallaşdırması) da daxil olmaqla bu təsisat artıq əhəmiyyətsiz bir qüvvə kimi görünür.

O zaman AŞPA da daxil olmaqla digər alt qurumlara da avtomatik zərbə vurulur. Aİ-nin ən böyük iqtisadiyyatının lideri,  Almaniya kansleri Olaf Şoltsun Trampın Kiyevin yanında olacağına inamla ümid etməsi hesablaması da tamamilə yanlış çıxdı. Bir daha sübut olunur ki, Ukrayna müharibəsində Avropa sadəcə istifadə olunan, daha dəqiq isə tamaşaçıdır. Ukraynaya gəldikdə isə o ABŞ-nin iradəsindən kənar hərəkət etmək istəsə və müqavimət göstərsə, o zaman ABŞ tərəfindən hərbi və ya maliyyə yardımlarının azaldılması ilə hədələnəcək. 

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə təxminən bir saat yarım davam edən söhbət zamanı tərəflər Ukrayna münaqişəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə ediblər". 

Politoloq əlavə edib ki, dünyanı dəyişən zəngdən belə məlum olur ki, Trampın qarşısında ağır və yumşaq olmaqla iki yol var:

"Çətin yol ABŞ-ın qlobal enerji bazarlarındakı strateji üstünlüklərindən istifadə etməsidir. Rusiyaya qarşı hərbi olmayan daha sərt sanksiyaların tətbiq edilməsi, məsələn, Rusiyanın LNG (maye qaz) ixracına daha sərt məhdudiyyətlərin qoyulması da var ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər.

Yumşaq yol isə atəşkəs və sülh danışıqlarında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yüngülləşdirilməsinin güzəşt vasitəsi kimi istifadə edilməsidir. Sanksiyalara gəldikdə şübhəsiz ki, onların aradan qaldırılması birdən-birə olmayıb, tədricən və qarşılıqlı "alış-verişin" məhsulu olacaq. Rusiya neftinin dəniz yolu ilə ixracına qoyulan məhdudiyyətlər yumşaldıla, Aİ də Rusiya mallarının idxalını qismən bərpa etməyi nəzərdən keçirə bilər. Biznesmen, "alış-veriş və sövdələşmələrin ustası" Tramp pilləli yanaşmaya üstünlük verəcək. Sanksiyaların yumşaldılmasını isə atəşkəs şərtlərinin yerinə yetirilməsi və ya sülh müqaviləsi ilə əlaqələndirəcək".

Şəbnəm Həsənova hesab edir ki, sanksiyaların yumşaldılması belə Moskvanı müharibəni dayandırmağa inandıra bilməyəcək. Rusiya danışıqlarda ciddi mövqe nümayiş etdirməkdə davam edəcək:

"ABŞ NATO-Rusiya münasibətlərini tamamilə yenidən müəyyənləşdirməlidir. Ukraynanın neytral və qeyri-nüvə ölkə statusunu təmin etmədən hansısa bir irəliləyiş əldə olunmasını gözləmək sadəlövlük olar. Rusiyanın sanksiyalara rəğmən dirəniş nümayiş etdirməsinin səbəbi, məqsədi sanksiyaların yumşaldılması və ya götürülməsi deyil. Peskovun telefon danışığı zamanı Moskvanın qanunsuz saydığı məhdudiyyətlərlə, sanksiyalarla bağlı məsələnin qaldırılmadığını bildirməsi də bundan xəbər verir.

Trampın bu danışıqlarda başqa ölkələrin-Türkiyə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Braziliyanın dəstəyinə ehtiyacı olacaq. Çin də bura daxildir. Çin həm də Moskvaya siyasi və iqtisadi təsir gücünə malikdir. Ukrayna məsələsində çoxtərəfli danışıqlar prosesində yenə müxtəlif rollar oynanılacaq. Trampın yanaşması Rusiyanın bu müharibədə təcavüzkar kimi tanınması, Makronun təbirincə desək, razılaşmanın Rusiyanın təslim olması anlamına  gəlməsindən uzaqdır. Belə olmasa idi o, Avropanı Ukraynaya daha çox yardım etməyə çağırmazdı. Bir sözlə, müharibənin davam etdirilməsi mənasızdır, güzəştlər isə hər iki tərəfə fayda gətirə bilər". 

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri