Icma.az
close
up
RU
Rusiyaya verilən müddət daralır: Vaşinqton Moskva münasibətlərində yeni dövr başlayır?

Rusiyaya verilən müddət daralır: Vaşinqton Moskva münasibətlərində yeni dövr başlayır?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı verdiyi son bəyanat siyasi dairələrdə rezonans doğurub. O, Kremlə açıq şəkildə 50 gün vaxt verdiyini bildirərək, "əgər bu müddətdə müəyyən şərtlər yerinə yetirilməzsə, nəticələr çox ağır olacaq" deyə xəbərdarlıq edib. Müddətlə bağlı artıq geri sayım başladığı üçün, bunun Vaşinqton-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı ola biləcəyi də istisna deyil.

Məsələ ilə bağlı Oxu.Az-a danışan sabiq deputat, siyasi şərhçi Yusif Bağırzadə bildirib ki, Donald Trampın Vladimir Putinə qarşı mövqeyi dəyişməyib:

"Rusiyaya 50 gün də ona görə verilib ki, bu müddət ərzində Tramp bununla bağlı daxildən və xaricdən gələn təzyiqləri dəf etsin. Digər tərəfdən isə, bu müddət ərzində Rusiyaya qarşı ediləcək mümkün sanksiyaların qarşısı alınacaq, həm də daha çox Ukrayna ərazisinin ələ keçirilməsinə imkan yaranacaq. Hətta bir müddət bundan əvvəl Rusiyanın yay aylarında 700 min əsgərlə Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşdığı ilə bağlı məlumat yayılmışdı. Bu 50 gün də bəs edir ki, Ukraynanın yeni əraziləri istila edilsin. Çünki Ukrayna torpaqlarının bir hissəsi bataqlıqdan ibarətdir. Payız, qış mövsümdə bu bataqlıqda irəliləmək Rusiya ordusu üçün çox çətin olar. Yay ayları bunun üçün çox əlverişlidir".

"Digər tərəfdən, Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib. Həmin sənəddə Rusiyanın atom sənayesinə dair müddəalar öz əksini tapmasa da, 22 bankın, fiziki və hüquq şəxslərin, həmçinin Rusiya neftini daşıyan özünə aid olan və olmayan tankerlərin də sanksiyaya məruz qalacağı qeyd olunub. Faktiki olaraq Aİ bununla həm də Tramp administrasiyasını fakt qarşısında qoyub", - deyə sabiq parlamentari qeyd edib.

Müsahibimiz əlavə edib ki, Tramp hazırda Şotlandiyada 5 günlük səfərdədir və bu səfər ərəfəsində Avropa İttifaqına daxil olan ölkələrin rəhbərləri, həm də ittifaqa daxil olan komissarlarla görüşlər olacaq:

"Bu səfər çərçivəsində Trampın həm Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa komissarları, eləcə də Almaniya Konsleri Fridirix Mertslə görüşləri gözlənilir. Ola bilər ki, bu görüşlərdə Trampa konkret şərtlər irəli sürüləcək ki, bu əlli gün müddətində Rusiya-Ukrayna müharibəsində sülh danışıqları ilə bağlı irəliləyiş olmasa, sanksiyalar tətbiq olunmalıdır".

"Artıq Ukraynaya üç "Patriot" hava hücumundan müdafiə sistemi tədarük edilib. Hazırda isə dünyada 180-ə yaxın "Patriot" var. Onlardan 94-ü ABŞ-də, qalanları isə Avropa dövlətlərindədir. Təxminən, bu patriotların 17-sinin Ukraynaya verilməsi nəzərdə tutulur. Ona görə də proses belə də davam edəcək. Yəni, bu müharibənin hələlik ucu-bucağı görünmür. Üstəlik, danışıqlar masasında verilən təkliflər də reallıqdan uzaqdır və hərbi əsirlərin, həlak olanların mübadiləsindən başqa irəliləyiş yoxdur", - analitik fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri