Icma.az
close
up
RU
Vaşinqton müqaviləsilə regionumuzda yeni dövr başlayır

Vaşinqton müqaviləsilə regionumuzda yeni dövr başlayır

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir. Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynamışdır.

Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, milli birliyi möhkəmləndirmək və ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı siyasi dayaqlar və diplomatik əlaqələr müstəqil Azərbaycanın beynəlxalq arenada tanınmasına, təhlükəsizliyinin təmin olunmasına və ölkə daxilində sabitliyin bərqərar olmasına şərait yaratdı. Eyni zamanda, Heydər Əliyevin siyasi kursu ölkənin ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanırdı ki, bu da gələcəkdə Azərbaycan Respublikasının sülh və ədalət prinsiplərinə əsaslanan beynəlxalq siyasətinin əsasını təşkil etdi.

Prezident İlham Əliyevin dövründə isə Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilmişdir. Xüsusilə 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğal altında olan geniş ərazilər azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu hərbi uğur, həm də İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti ilə tamamlanmış, müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilmiş və dəstəklənmişdir.


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etmiş, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olmuşdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

İqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması, regionun iqtisadi coğrafiyasını dəyişərək Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına, dayanıqlı və davamlı inkişafa ciddi təkan verir. Mədəni və humanitar əlaqələrin genişləndirilməsi xalqlar arasında dostluq və qarşılıqlı anlaşma mühitini möhkəmləndirərək, uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.

Müqavilənin imzalanması Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanını genişləndirir. Eyni zamanda, regionun sabitliyi qlobal enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Bu da dünya iqtisadiyyatında müsbət dinamikanın artmasına töhfə verir.

Bu müqavilə həm də beynəlxalq hüququn və diplomatiyanın qələbəsi olmaqla, digər münaqişə zonalarında da sülhün bərqərar olması üçün nümunə kimi dəyərləndirilir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan bu razılaşma beynəlxalq ictimaiyyətin sülhə, ədalətə və tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyinə verdiyi önəmin əyani təzahürüdür.

Beləliklə, 8 avqust 2025-ci ildə imzalanmış müqavilə Azərbaycan üçün həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyyət Ümumilli lider Heydər Əliyevin siyasi irsinin davamı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu müqavilə Azərbaycan xalqının həm milli birlik və həm də dünya birliyi qarşısındakı məsuliyyətini bir daha təsdiqləyir. Regionun sabitliyi və inkişafı üçün önəmli addım olan bu sülh müqaviləsi Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh, dostluq və əməkdaşlıq şəraitinin əsasını qoyur.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri