Icma.az
close
up
RU
Ruslar bu 5 ölkəyə qaçırlar

Ruslar bu 5 ölkəyə qaçırlar

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ukrayna müharibəsindən sonra Rusiyanı nə qədər insanın tərk etməsi barədə rəsmi statistika gizlədilir

Müxtəlif hesablamalara görə, Ukrayna müharibəsinin ilk ilində 500 minlə 1.3 milyon arasında insan Rusiyanı tərk edib. Ruslar əsasən vizasız ölkələrə köçüblər: Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, BƏƏ və Monqolustan. Müasir mühacirət yaxınları ilə ünsiyyət qurmaq, sosial əlaqələri saxlamaq və hətta işləmək üçün daha çox imkanlar, habelə təcili təhlükə altında olmayanlar üçün yenidən sərhədi keçmək imkanlarını nəzərdə tutur. Dövlət mühacirət fakltlarını gizlədir və 2022-ci ilin ilk altı ayında miqrasiya axınının cəmi 96,7 min nəfər təşkil etdiyini bildirirdi ki, bu da COVİD-dən əvvəlki rəqəmlərdən də az idi.


Ukrayna müharibəsinin başlamasından sonra ABŞ gözlənilmədən rusların kütləvi şəkildə sığınacaq üçün müraciət etdiyi ölkələr sırasında ön sırada olub. Tam dəqiqləşməmiş rəqəmlərə görə 48 min rus bu ölkəyə köçüb. İsrailə gedənlər isə əsasən yəhudi kökənlilərdir. Ölkə.Az Musavat.com-a istinadən rusların hazırda ən çox yaşadığı ilk 5 ölkəni təqdim edir.
Birləşmiş Ərəb Əmirliyi artıq uzun müddətdir ki, təkcə zənginlərin yaşadığı ölkə deyil. On minlərlə rus Dubay və Şarjaya köçüb – onlar burada işləyir, bizneslə məşğul olur və şirkət açaraq status qazanırlar. Bura köçmək “şeyx kimi yaşamaq” deyil, xaricdə dinc işləməyin qanuniləşdirilmiş yoludur. 1000 dollardan başlayan mənzil kirayəsi gəlirdən vergi yığılmaya bu ölkədə heç nədir.
Ruslar bu ölkəni təkcə vergidən azad olduqları üçün seçimirlər. Bura həm təhlükəsizdir, həm də sabit iqtisadiyyatı var.
Son məlumatlara görə, Gürcüstana 100 min rus köç edib və onları 70 minə yaxını artıq bu ölkədə daima yerləşib. Ruslar buranı dilləri başa düşüldüyü, iqlim mülayim, yeməkləri dadlı olduğuna görə seçirlər. Həm də burada kirayə mənzil qiyməti cəmi 300 dollardan başlayır.
Qazaxıstan rusların son üç ildə ən çox məskunlaşdıqları ölkələr sırasında ilk üçlükdə yer alır. Bu ölkəyə birdəfəlik köçənlərlə bağlı rəsmi statitistika açıqlanmayıb, amma müharibədən sonra sərhədi yüz minlərlə rusiyalı keçib.


Almatı, Astana, Çimkent mənzil kirayələmək, yaşayış icazəsi almaq və hər şeyi sıfırdan başlamaq asan olan şəhərlərdir. Çoxları “müvəqqəti gəlmişik” deyirdilər, lakin artıq üç ildir ki, bu ölkədə yaşayırlar.
Rusların burada da dil və ünsiyyət problemi yoxdur. Dövlət sürətli sənədləşmə aparır. Yemək və məınzil kirayəsi ucuzdur. Bu ölkədə İT mütəxəssisləri, sürücülər, digər sahələrin mütəxəssislər üçün iş var.
Rusların son üç ildə ən çox məskunlaşdığı 2-ci ölkə isə qardaş Türkiyədir. Burada 150 min rus artıq yaşayış icazəsi alıb. Rusların fikrincə, bura turizm məkanıdır, amma yaşamaq üçün də çox əlverişlidir. Rusların Alanya, Antalya, İstanbulda artıq öz məktəbləri, klinikaları, vəkilləri bürosu var. On minlərlə rus geri qayıtmaq planları olmadan orada yaşayır.
Ruslarln müharibədən sonra ən çox köçdüyü ölkə isı Serbiyadır. 300 min buraya köç edib. Belqradı artıq yeni "Rus Vilnüsü" adlanmdırırlar. Serbiya Avropa İttifaqının üzvü deyil. ruslara yaxın millətdir. Ölkəyə vizasız giriş var, kirayə evlər 250 dollardan baha deyil.

Asiya qitəsinə gəlincə, rəsmi statistika yoxdur, lakin Tailand, Vyetnam, İndoneziya, Şri Lankada on minlərlə rus yaşayır. Burada da sadələşdirilmiş viza rejimləri var, mənzil kirayəsi 200 dollardan başlayır, yemək isə əsasən qəpiklədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri