Icma.az
close
up
RU
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib

Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya ordusu əsas qüvvəsini hazırda Ukraynanın Pokrovsk sektorunda cəmləşdirsə də, Zaporojye bölgəsində də hücumlarını intensivləşdirib.
Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda rusların ən aktiv qüvvələri Pokrovsk istiqamətində döyüşür. Hazırkı mərhələdə döyüşlərin təxminən 40 faizi məhz bu sektorda baş verir və Rusiya ordusu burada ciddi itkilərlə üzləşir.
Sırski qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri aktiv müdafiə prinsipinə əsaslanaraq fəaliyyətini davam etdirir. Çətin şəraitə baxmayaraq, Ukrayna bölmələri əksər istiqamətlərdə düşmənin hücumlarının qarşısını alır və bəzi bölgələrdə, xüsusilə Kupyansk və Seversk ətrafında, axtarış-zərbə əməliyyatlarını davam etdirir.

Aleksandr Sırski
Baş Komandan əlavə edib ki, Rusiya qüvvələri Zaporojye bölgəsində də fəallığını artırıb:
“Düşmən mövqelərimiz arasında, o cümlədən sıx duman və əlverişsiz hava şəraitindən istifadə edərək, irəliləməyə cəhd göstərir”.
Sırski bildirib ki, Oleksandrivsk və Hulyai-Polye istiqamətlərində vəziyyət xeyli gərginləşib.
Onun sözlərinə görə, düşmən qüvvə və vasitə baxımından üstünlüyündən istifadə edərək ağır döyüşlər zamanı irəliləyib və üç yaşayış məntəqəsini ələ keçirib.
“Cənub Qüvvələr Qrupunun əsgərləri Rivnepilya və Yablokove uğrunda ağır döyüşlər aparır. Müvafiq dəstək tədbirləri görülür”, - deyə Sırski vurğulayıb.
General əlavə edib ki, itirilən Ukrayna torpağının hər metri Rusiyaya yüzlərlə insanın həyatına başa gəlir. Onun sözlərinə görə, son üç gün ərzində təcavüzkar ölkə Cənub Qüvvələr Qrupu zonasında təxminən 800 hərbçi və yüzdən çox müxtəlif hərbi texnika itirib.
“Ümumilikdə, biz uzunmənzilli silahlarımızın – “Neptun” və “Flamingo” raketlərinin, eləcə də reaktiv dronların effektivliyini artırırıq. Bu, düşmən üçün ciddi problemə çevrilir”, - deyə Aleksandr Sırski yekunlaşdırıb.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri