Icma.az
close
up
RU
Ruslar hakimiyyətə qarşı küçələrə çıxmağa HAZIRDIRMI? SORĞU Yeni Çağ Media

Ruslar hakimiyyətə qarşı küçələrə çıxmağa HAZIRDIRMI? SORĞU Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Sosioloji tədqiqatlar göstərib ki, Rusiya ili şikayətçilərin 15-20 faizlik göstəricisi ilə bitirir. Şikayətçilərin sayı bu ölkədə nə artmaqdadır, nə də azalmaqda.

Yenicag.az xəbər verir ki, bu barədə “Nezigar” “Telegram” kanalı məlumat yayıb.

Ekspertlər bildirirlər ki, etirazçıların nümayiş ruhu həm Moskvada, həm də Sankt-Peterburqda və digər böyük şəhərlərdə hakimiyyətin güc tətbiqi nəticəsində minimuma enib.

Eyni zamanda, narazılıq dalğası tədricən regionlara yayılır, baxmayaraq ki, burada da etirazların kütləvi ifadəsi üçün heç bir infrastruktur və vasitələr mövcud deyil. Vəziyyət elədir ki, etirazçılar tək başlarına yalnızca təhlükəsizlik qüvvələri ilə qarşılaşırlar. Partiyalar və digər ictimai şəxslər etiraz aksiyalarını öz gündəmlərinə daxil etmir, bu da hakimiyyətin suçu üzərinə götürməsinə səbəb olur.

Keçən il ərzində Dağıstanda və Başqırdıstanda etnik etirazlar baş verdi. Başqırdıstandakı aksiyalar neytrallaşdırıldı, lakin gərginlik qalmaqdadır. Təhlükəsizlik qüvvələri şübhələnirlər ki, yerli rəhbərliyin bəzi üzvləri etnikliyi dəstəkləyirlər. Dağıstanda vəziyyət daha da mürəkkəbdir. Etirazlar sakitləşdirilsə də, yerli problemlər həllini tapmadığı üçün çoxdur. 2023-cü ildə baş verən etirazların iştirakçılarının yaxınları tələb edirlər ki, hökumət həbs edilənlərə qarşı daha yumşaq davransın və bildirirlər ki, problemlərə artıq laqeyd yanaşmaq olmaz. Narazılığın ayrı bir mövzusu gündəlik məsələlərdir ki, bunlar bir çox yerdə hələ də yaxşılaşdırılmayıb. Bunlara istilik, kommunal xidmətlərin keyfiyyəti və digər məsələlərlə bağlı etirazlar daxildir. Belə ki, bu kimi kiçik etiraz dalğaları Moskva ətrafı bölgələrdə və Krasnodarda baş verdi.

Ən geniş etirazlar Kursk vilayətində mənzil sənədlərinin gecikməsi ilə bağlı baş verdi və bu, qubernator Aleksandr Smirnovun istefasına səbəb oldu. Bəzi ekspertlər hesab edirlər ki, Smirnov, ümumilikdə, vilayəti idarə etməyi bacarmamışdı və buna görə də onu vəzifəsindən çıxardılar. O, çox güman ki, cinayət məsuliyyətinə cəlb olunacaq.

Narazılığın növbəti mövzusu şəhərsalma siyasəti ilə bağlıdır. İnsanlar şikayət edirlər ki, parklar, sahil yaşıllıq zonaları, istirahət yerləri tikilir. Aktiv olanlar arasında heyvansevərlər, ekoloqlar və səhiyyə işçiləri də var. Yerli səviyyədə onların fəaliyyəti nəticəsində hakimiyyətlər çox sayda məsələdə güzəştlərə gedib. Ekspertlərin fikrincə, hakimiyyətlərin qəbul etdiyi yanaşma belədir: “İndi etiraz etmək vaxtı deyil”. Lakin yenə də müəyyən sosial narazılıq var ki, bu da təhlükəsizlik metodları ilə yatırılır. Həm Baş Prokurorluq, həm də İstintaq Komitəsi artıq sakinlərin etirazlarına daha çox diqqət yetirirlər və bəzi məsələlərdə hakimiyyət geri çəkilir. Ümumilikdə nəticə belədir: ruslar böyük əksəriyyətlə etiraz aksiyalarına qatılmağa hazır deyillər, narazılıqlar isə lokal və idarə olunandır.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri