Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər, lakin...
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO hücuma məruz qalsa, Rusiya uduzacaq, lakin alyans güc balansının arzuolunmaz istiqamətdə dəyişməməsini təmin etmək üçün səylə çalışmalıdır.
Axar.az xəbər verir ki, bu açıqlamanı NATO Hərbi Komitəsinin keçmiş sədri, admiral Rob Bauer verib.
“Düşünürəm ki, çəkindirmə effektlidir. Ruslar NATO-ya hücum etməmək üçün kifayət qədər ağıllıdırlar, çünki əgər belə etsələr, Rusiya müharibəni uduzacaq. Lakin sual budur ki, hazırkı effektiv çəkindirmə bir neçə ildən sonra da eyni dərəcədə təsirli olacaqmı? Sənaye gücümüzü artırmasaq, bu tarazlıq arzuolunmaz istiqamətdə dəyişə bilər”, - admiral vurğulayıb.
Bauerin sözlərinə görə, alyans çox çalışmalıdır. Xüsusilə, NATO öz silahlı qüvvələrini artırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 06 May 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















