Icma.az
close
up
RU
Bakı bu vəzifəni Moskva və Tehrandan alır: Erməniləri həyəcanlandıran yenilik

Bakı bu vəzifəni Moskva və Tehrandan alır: Erməniləri həyəcanlandıran yenilik

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının “benzin diplomatiyası” Cənubi Qafqazda uzun illərdir davam edən qarşıdurmanın yeni mərhələyə keçid ehtimalını gündəmə gətirib. Azərbaycan tərəfinin Ermənistana yanacaq daşıyan eşelon göndərməsi təkcə iqtisadi addım deyil, eyni zamanda siyasi mesaj kimi də qiymətləndirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımı açıq şəkildə alqışlayaraq regionda əməkdaşlıq imkanlarının genişlənə biləcəyinə işarə edib.

Lakin rəsmi İrəvanın müsbət reaksiyası fonunda erməni cəmiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. İllərlə formalaşdırılmış düşmən obrazı, revanşist ritorika və daxili siyasi qütbləşmə fonunda Azərbaycanla bu tip humanitar-iqtisadi təmasların cəmiyyət tərəfindən necə qəbul ediləcəyi əsas suallardan biri olaraq qalır. Bir tərəfdə bu addımı sülhə aparan rasional gediş kimi dəyərləndirənlər, digər tərəfdə isə “təhlükəli güzəşt” hesab edən qüvvələr mövcuddur.

Bakının benzin diplomatiyası doğrudanmı təxminən iki əsrlik münaqişənin yumşalmasına, qarşılıqlı etimadın formalaşmasına töhfə verə bilər? Paşinyanın siyasi iradəsi erməni ictimai şüurunda real dəyişiklik yarada biləcəkmi, yoxsa bu addım yalnız taktiki gediş olaraq qalacaq? Enerji üzərindən qurulan bu təmas modeli regionda dayanıqlı sülh üçün real zəmin yarada bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın ardıcıl şəkildə atdığı addımlar həm Ermənistanla sülh quruculuğu prosesində irəliləyiş yaradır, həm də Cənubi Qafqazda daha təhlükəsiz mühitin formalaşmasına xidmət edir və gələcəkdə üçtərəfli münasibətlərin qurulmasına zəmin yarada bilər:

“Azərbaycan Ermənistanın tətbiq etdiyi tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində addım ataraq ölkə ərazisindən Ermənistan istiqamətində yüklərin daşınmasına şərait yaratdı. Bu, tərəflər arasında münasibətlərin normallaşması baxımından mühüm addımdır. Digər tərəfdən, Azərbaycanın Ermənistana enerji daşıyıcısı olan benzin və neft məhsulları göndərməsi həm münasibətlərin normallaşmasına, həm də İrəvanın maraqlarına uyğun strateji gedişdir. Bu addım Ermənistanın Rusiya və İrandan enerji asılılığını azaltmaq baxımından da önəmlidir.


Oqtay Qasımov

Bütün bunlar Cənubi Qafqazda sülh üçün vacib addımlar sırasındadır. Sözügedən məsələni birdəfəlik həll kimi qiymətləndirmək olmaz, lakin təxminən 200 illik gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələdir. Hesab edirəm ki, erməni cəmiyyəti zamanla bu addımların əhəmiyyətini daha yaxşı anlayacaq və normallaşma prosesi tədricən intensivləşəcək.”

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Dekabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri