Icma.az
close
up
RU
Rusların 3 dəfə öldürməyə cəhd etdiyi, haqqında əfsanələr dolaşan ÇEÇEN LİDERİ

Rusların 3 dəfə öldürməyə cəhd etdiyi, haqqında əfsanələr dolaşan ÇEÇEN LİDERİ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dövrdə dövlət və hökumət başçılarına, dini liderlərə və s. sui-qəsd cəhdlərinə dair çoxsaylı nümunələr var. Bu cəhdlərin bəzisi uğurlu, digərləri isə uğursuzluqla nəticələnir.

Çeçenistanın müstəqilliyi uğrunda mübarizəyə başlayan Cövhər Dudayevə qarşı baş tutan sui-qəsd cəhdinin detallarını təqdim edirik.

1944-cü ildə anadan olan Cövhər Dudayev ilk çeçen aviasiya generalı idi. 1990-cı ildə artıq SSRİ-nin süqutu labüdləşmişdi. Belə ki, o zaman SSRİ lideri olan Mixail Qorbaçevun müstəqilliyə gedən müttəfiq respublikaları əldə saxlamaq üçün təklif etdiyi yeni konstitusiya layihəsi qəbul olunmadı. Belə bir şəraitdə 1990-cı ildə Çeçenistana qayıdan Dudayev Çeçenistanın da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirdi.

1994-cü il dekabrın 12-də Prezident Boris Yeltsinin əmri ilə konstitusion hakimiyyətin bərpası adı ilə Çeçenistana rus qoşunları yeridildi. Qroznı şəhərindən heç yerə ayrılmayan Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunun qarşısının alınmasında önəmli rol oynadı. Lakin döyüşlər bundan sonra iki ay davam etdi. 1995-ci ilin fevralında şəhər ruslara təslim oldu. Dudayev hakimiyyətinin simvolu olan və uğrunda amansız döyüşlərin getdiyi Prezident iqamətgahı ruslar tərəfindən partladıldı. Lakin Dudayevi ələ keçirmək mümkün olmadı.

Əhali arasında böyük nüfuza malik olan Dudayev cənuba – Çeçenistanın ən dağlıq regionuna çəkildi. Müharibənin ilk günündən rus qoşunlarının hədəfində olan Dudayevə qarşı ilk üç sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Birinci sui-qəsd zamanı snayperin səhvi nəticəsində Dudayev sağ qaldı. Bundan sonrakı cəddə isə yola qoyulmuş mina Dudayevin maşının keçidi zamanı partladı, lakin çeçen lideri yüngül xəsarət aldı.

Üçüncü cəhd zamanı isə Dudayev öz mühafizə xidməti ilə birlikdə gizləndiyi evin partladılmasından 5 dəqiqə qabaq oranı tərk etdi. Lakin 1996-cı ilin yazında çeçen qruplaşmalarının təşkil etdiyi bir neçə qanlı hücum rus xüsusi xidmət orqanlarını daha dəqiq əməliyyat hazırlamağa sövq etdi. Xüsusən, 1996-cı ilin aprelin ortalarında Çeçenistanın Saçi rayonun Yarış-Mardı kəndi yaxınlığında rus qoşunlarının hərbi karvanına hücum Dudayevə qarşı xüsusi əməliyyatın başlanmasını sürətləndirdi. Həmin hücum nəticəsində çeçenlər 90 rus əsgərini öldürdü, 50 nəfəri yaraladı, onlarla hərbi texnika yararsız hala salındı. Bundan sonra əhali arasında nüfuzdan düşməyə başlayan prezident Boris Yeltsin növbəti prezident seçkiləri öncəsi Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə Dudayevi nəyin bahasına olursa-olsun məhv edilməsi göstərişini verir. Xüsusi xidmət orqanları 1 milyon dollar qarşılığında yerli informatorlardan Dudayevin telefonla danışdığı ərazini müəyyənləşdirirlər. Xüsusi əməliyyatı yerinə yetirmək üçün 2 SU-25 qırıcı təyyarəsi ayrılır. Qırıcı təyyarələr hədəfi özü müəyyənləşdirən xüsusi lazer başlıqlı aviasiya bombaları ilə təchiz edilir. Telefonun siqnalı qeydə alınan kimi həmin təyyarələr havaya qalxaraq hədəfi məhv etməli idilər. Bütün sutka boyu ərazini nəzarətə götürən ruslar Dudayevin telefonla zəng etməsini gözləməyə başlayırlar. Nəhayət, 1996-cı ilin aprelin 21-də Qroznı şəhərindən 30 km cənubda yerləşən Qexi-Çu kəndi yaxınlığında Dudayevin telefonla danışacağı barədə Rusiya kəşfiyyat xidmətinə çeçen casusları tərəfindən məlumat ötürülür. Dərhal havaya qalxan təyyarələr hədəfi məhv edirlər.

Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışdı. Ətrafında həyat yoldaşı və mühafizəçiləri olan Dudayev son telefon danışığını Rusiya Dövlət Dumasının deputatı Konstantin Borovoyla etdi. Dudayevə doğru atılan iki raketdən biri düz onun başına dəymiş və o, yerindəcə keçinmişdi. İki mühafizəçisi də onunla birlikdə həlak oldu. Ətrafdakı insanların köməyi ilə o, dəfn olundu. Lakin onun dəfn olunduğu yer naməlum olaraq qalır.

Cövhər Dudayevin ölümü Boris Yeltsinin reytinqini bir qədər qaldırsa da, ümumilikdə bu müharibənin gedişini dəyişə bilmədi. 1996-cı il 6 avqustda başlayan və “Cihad” adı verilən xüsusi əməliyyat nəticəsində Çeçenistan qoşunları paytaxt Qroznı daxil olmaqla, əksər əraziləri rus qoşunlarından azad etdilər. Hərbi məğlubiyyətlərin nəticəsi idi ki, 1996-cı il avqustun 31-də Xasavyurt müqaviləsi imzalandı. Rusiya tərəfdən müqaviləni Təhlükəsizlik Şurasının katibi Aleksandr Lebed, Çeçenistan tərəfindən isə silahlı çeçen dəstələrinin qərargah rəisi Aslan Məshədov imzaladı.

Müqaviləyə əsasən, Rusiya tərəfi qısa müddət ərzində öz qoşunlarını bütün Çeçenistan ərazisindən çıxarmağı öz üzərinə götürdü. Çeçenistan qısa müddət olsa da, de-fakto müstəqil ölkəyə çevrildi.

Çövhər Dudayev isə Çeçenistanın müstəqilliyinin tərəfdarları üçün azadlıq simvoluna çevrilib. Onun adına Polşada, Ukraynada və Pribaltikada küçə və meydanlar mövcuddur. /Lent.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri