Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Rüstəm Qaraxanlı daha yazmayacaq...

Rüstəm Qaraxanlı daha yazmayacaq...

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəlkə də, atam üçün bu qədər ağlamamışdım. Hər şey gözlərimin önündə baş vermişdi. Amma illərlə onun ezamiyyətdə, başqa şəhərdə olduğu fikrində idim - "iki həftə sonra gələcək". Bəzən fikirlər, gözləntilər də avtopilotda olurmuş. Xüsusən, gənc və təcrübəsizsənsə. 22 yaşım tamam olmamışdı onda. İnanmayan vaxtlarım idi. Qəbir üstünə də getmişdim. Başdaşının üstündəki şəklini dəsmalla silmişdim də. Amma illərlə yolunu gözləmişdim...

Bu səhər də uzun müddət gözümüz qapıda qaldı. Eşitdiyimiz xəbərə inanmırdıq çünki. "Yaman tıxac var e, uşaqlar", - deyəcək, hamı ilə bir-bir salamlaşacaq, çantasını səliqə ilə çıxarıb əyləşəcək, kreslosunun başındakı idman gödəkcəsini çiyninə atıb işə başlayacaqdı. Arada: "Ay Rüstəm müəllim, nə vaxt oxuyuruq yazınızı?" sualına qımışaraq: "Qoy xəbərləri düzüm, yazaram", - deyəcəkdi. Mən də Rövşənlə "müharibə" edəcəkdim: "Özüm oxuyacağam ha müəllimin yazısını!" "Canım üçün qoymaram! Keçən dəfə də məni qabaqladınız", - həmkarım etiraz edəcəkdi...

Bu "davamız" aylar əvvələ dayanırdı. "Rüstəm Qaraxanlı yazır" cümləsi ilə başlayan məqaləni oxuyan günə. Siyasi şərhçi kimi yazı göndərmişdi. Biz də tanımaza-bilməzə adamın dərrakəsinə, qəliz mətləbləri incə tərzdə, arada yumorla, eyhamla çatdırmaq bacarığına heyran qalmışdıq.

Bu ilin əvvəlində bizimlə işləyəcəyini öyrənəndə isə az qala papağımızı göyə tulladıq sevincdən. O cür gözəl yazan insan özü də gözəl olmalı idi. Zənnimizi yanıltmadı.

Mədəni, alicənab, erudisiyalı, "gəzən ensiklopediya", həyat dolu bir insan. Səyahəti, oxumağı, filmləri çox sevərdi. Mədəniyyəti elə gözəl təşviq edər, çoxumuzun dəfələrlə izlədiyi bir filmdən elə məqamları şərh edərdi ki, məəttəl qalardıq. Arada məsləhət edərdi: bəlkə, bu hissəni yazıdan çıxaraq, düzgün anlaşılmaz birdən? Ortaq məxrəcə gələrdik. Təəssüf ki, onun bizi tərk edib getmək məqamını həyatımızdan çıxara, silə bilmirik...

Hər şeylə, hər kəslə dil tapdı həyatda, bircə ürəyindən başqa. Vəfasız çıxdı əl boyda, içinə dünyaları sığdıran ürəyi.

Arada qan təzyiqi yuxarı olurdu, həkimə getməyi məsləhət edəndə də sakitcə "baxarıq" deyirdi. Sonra da əlavə edirdi ki, keçər... Keçmədi amma. "Dostlar, sabahadək!" - deyib ayrılmışdı dünən. Oğlu Bünyadın magistraturaya qəbul olması xəbərini də dünən paylaşmışdı bizimlə. "Qeyd edərik", - demişdi.

Sabahı biz açdıq. Ancaq daha görüşmədik. Bu gün hamımız gözlədik onu. Şəklini çərçivəyə salıb, masasına qoyduq. Qərənfillər düzdük. Gödəkcəsi də elə kreslosunun başında qaldı. O qədər alışmadığımız bir mənzərə idi ki... Sanki gəlib, təəccüblə: "Boy, uşaqlar, əcəb zarafatdır", - deyəcək, gülə-gülə gülləri dəstələyib, "bir şam da qoyaydınız" söyləyəcəkdi...

İllər böyüdür adamı. İndi, bəlkə, 22 yaşlı Bünyad da hələ atasının yoxluğuna inanmır, özünü tox tutur, ağlamır. Yolunu gözləyir.

Amma mən "Rüstəm Qaraxanlı daha yazmayacaq..." sözlərini oxuyanda hönkürtümü saxlaya bilmədim.

Bir onu bilirəm ki, çox darıxacağıq... Kaş heç yazmasa, eləcə sağ olsa...

Ülviyyə Gülməmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri