Icma.az
close
up
RU
“Rza Pəhləvi heç vaxt İranın legitim rəhbəri ola bilməz” Zərdüşt Əlizadə

“Rza Pəhləvi heç vaxt İranın legitim rəhbəri ola bilməz” Zərdüşt Əlizadə

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Əgər ABŞ və İsrail onu öz maraqlarına xidmət edən nökər kimi İrana rəhbər gətirməyə çalışsalar, xalq onu qəbul etməyəcək"

2025-ci il dekabrın 28-də İranda milli valyutanın dollar qarşısında dəyər itirməsi ilə baş qaldıran etiraz dalğası 2 həftə ölkəni qana boyadı. Yüzlərlə etirazçı və polis əməkdaşları aksiyaların qurbanına çevrildi. ABŞ və İsrail törədilən zorakılığa görə İran rəhbərliyini günahlandırsa da, rəsmi Tehran problemin səbəbini xarici qüvvələrin müdaxiləsində görürdü. Etirazların qızğın dövründə, 1979-cu ildə devrilmiş, şahın oğlu Rza Pəhləvi, İran xalqını küçələrə çıxmağa təşfiq edən açıqlamalar verirdi. İranda bəzi vətəndaşlar onun çıxışlarını dəstəkləsə də, digər bir qisim xarici güclərin maraqlarına xidmət edən siyasi fiqur kimi görürdü. 

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a İrandakı son prosesləri Rza Pəhləvi və xarici müdaxilə kontekstində şərh edib.

-İranda baş verən etiraz aksiyaları zamanı ABŞ-də sürgündə yaşayan şahın oğlu Rza Pəhləvi nə üçün İran cəmiyyətindən geniş dəstək qazana bilmədi?

- Rza Pəhləvi heç vaxt İranın legitim rəhbəri ola bilməz. Çünki Pəhləvi sülaləsinin hakimiyyəti dövründə baş verən korrupsiya, rüşvətxorluq kütləvi repressiyalar, İran xalqının yaddaşında dərin izlər buraxıb. Hazırda özünü “şah” adlandıran Rza Pəhləvi uzun illər Amerikada yaşayaraq, orada təhsil alıb. O, İran xalqının problemləri ilə maraqlanmır. Hakimiyyətə gəlsə belə, dövlətin problemlərini necə həll edəcəyi ilə bağlı açıqlamalar vermir. Rza siyasi nitqlərində milli azlıqların və insan haqlarının müdafiəsindən danışmır. Onun əsas hədəfi yalnız “şah” kimi hakimiyyətə qayıdışdır. Bu məqsədə çatmaq üçün o, İran xalqına düşmən olan İsrailə gedərək, din xadimlərinin qarşısında baş əyir, xarici güclərdən yardım dilənir. Rza Pəhləvi xalqına yad adamdır. O, İranı əsarətdə saxlamaq istəyən Amerika və İsrailə nökərçilik eləyir. Əgər ABŞ və İsrail Rza Pəhləvini öz maraqlarına xidmət edən nökər kimi İrana rəhbər gətirməyə çalışsalar, xalq onu qəbul etməyəcək.

-İranda etirazların əsas səbəbi daxili narazılıqdır, yoxsa xarici müdaxilə də rol oynayır?

- Ümumiyyətlə, ABŞ, İsrail və Qərbin məqsədi ərəb dövlətlərini zəiflədib, İsrailin işğalçı siyasətini qəbul etməyə məcbur buraxmaqdır. Regionda yalnız İran, müsəlman xalqlarının hüquqlarını müdafiə etməyə çalışır. Elə buna görə də, ABŞ və İsrail geniş media resurslarından istifadə edərək, İranı “təhlükəli dövlət” kimi təqdim etməyə çalışırlar. Halbuki İranda islam qanunları çərçivəsində müəyyən demokratik seçkilər və qadın hüquqları mövcuddur. Yalan iddialarla Tehranın üzərinə böhtan atırlar ki, guya terrorçu təşkilatları maliyyələşdirir. Halbuki terrorçuların çoxu dini etiqad cəhətdən sünnidir. Şiə məzhəbli, İran rəhbərliyi isə terror qruplarına qarşı mübarizə aparır. Yaxın Şərqdə Əl-Qaidə və İŞİD kimi qrupların belini qıran, hərbi qüvvə məhz İrana məxsusdur. Hətta Rəsmi Tehran İsrailin işğal siyasətini qəbul etmədiyi üçün beynəlxalq qanunlara zidd şəkildə bombalanıb. Hazırkı proseslərdə də gördük ki, iki həftə davam edən etiraz dalğası zamanı xaricdən göndərilmiş təxribatçılar ölkəyə sızaraq, 300 polis əməkdaşının ölümünə səbəb oldular.

-Yəni deyirsiz ki, İrandakı etirazlarda zorakılıq törədən yerli polis orqanları yox, içəriyə sızmış xarici qüvvələrdir?

- Bəli, bu iddianı faktlarla sübut edə bilərəm. Aksiyanın ilk iki günü yerli polislər, etirazçılara müdaxilə etmədilər. Çünki İranda mitinq hüquqi və legitimdir. İki gün ərzində aksiyalar nisbətən sakit keçdi. Lakin üçüncü gün, dinc etirazçılar arasında mütəşəkkil cinayətkar qruplar peyda oldu. Qruplaşmalar polislərə, etirazçılara hücum edərək, yanğınlar törətdilər. İran hakimiyyəti belə bir vəziyyətlə qarşılaşanda çaşqınlıq yaşadı. Bu zaman Qərb və İsrail açıq-aşkar qürrələnməyə başladılar. Etirazların qızğın dönəmində, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeo x sosial hesabında, “Mossadın Tehran daxilində sərbəst fəaliyyət göstərdiyini” iddia edərək bunu, təqdir etdi. İsrail mətbuatında yayımlanan açıqlamalarda isə “Tehranda istədiyimizi edə bildiyimizi bir daha sübut etdik” kimi ifadələrin yer alması, baş verən proseslərin xarici müdaxilə kontekstində dəyərləndirilməsinə əsas verir. 

-Əgər insanları qətlə yetirən, yerli polis əməkdaşları yox, xarici qüvvələr idisə, İran rəhbərliyi interneti niyə məhdudlaşdırdı?

- ABŞ-li milyarder İlon Mask tərəfindən İrana gətirilən cihazların, etirazçıların içərisinə sızan xarici qüvvələr tərəfindən istifadə olunma ehtimalı, Tehranı ehtiyatlı olmağa məcbur elədi. Bu səbəbdən İran hökuməti interneti kəsmək qərarına gəldi. İnternetin dayandırılması ilə cihazlar və xarici kəşfiyyat orqanları arasındakı əlaqə kəsildi. Daha sonra İran kəşfiyyatı fəaliyyətə başlayaraq, İsrailin “Mossad” şəbəkəsinin üzvlərini aşkarlayıb, həbs etdilər. İranın ali dini lideri Əli Xamneyi isə xalqı xarici qüvvələrin rejimi devirmə cəhdlərinə qarşı, ayağa qalxmağa çağırdı. On minlərlə iranlı başda, Prezident Məsud Pezeşkian olmaqla mitinqlərə qatıldılar. Mitinqlərdən sonra gördük ki, artıq etiraz dalğası da səngiməyə başlayır. 

-İranın bu vəziyyətə gəlib çıxmasında, rəhbərliyin heç bir günahı yoxdurmu?

- Təbii ki, İran iqtisadiyyatının mövcud vəziyyətində ölkə rəhbərliyinin də müəyyən məsuliyyəti və qüsurları var. Lakin xarici qüvvələrin müdaxiləsini nəzərə alan İran rəhbərliyi, valyuta ehtiyatlarının bir hissəsini digər ərəb ölkələrinin milli banklarında saxlayır. Eyni zamanda, ABŞ-nin İrana 43 il ərzində tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatında ciddi problemlər yaradıb. İran illərdir ki, ABŞ kimi güclü dövlətin təzyiqinə davam gətirir. Belə bir vəziyyətdə rejimin fəaliyyətini davam etdirməsi böyük bir göstəricidir. Unutmaq olmaz ki, İran islami qanunlar çərçivəsində idarə olunan teokratik dövlətdir. Rejim sistemli şəkildə 46 ildir ki, mövcudluğunu qoruyub saxlayır. Bu qədər möhkəm qurulmuş bir sistemi xarici müdaxilə ilə çökdürmək çətindir. Hansısa bir ölkənin milli valyutasını devirmək isə Qərb üçün adi bir maliyyə əməliyyatıdır. Xarici ölkələrin fırıldağı ilə İran milli valyutası, bir gündə 30 faiz düşərək, ciddi dəyər itirdi. Məhz bu səbəbdən İranda kiçik sahibkarlar ziyana düşdüklərini görüb, etiraz aksiyaları keçirdilər. Xarici qüvvələr də etiraz dalğasını həmişə olduğu kimi, fürsətə çevirdilər.

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Yanvar 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri