Icma.az
close
up
RU
Rza Pəhləvi heç vaxt hakimiyyətə gələ bilməyəcək Zərdüşt Əlizadə

Rza Pəhləvi heç vaxt hakimiyyətə gələ bilməyəcək Zərdüşt Əlizadə

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Onun İranda bir qəpiklik hörməti yoxdur. İran xalqı onu xain sülalənin nümayəndəsi kimi qəbul edir. O, ABŞ və İsrailin maşası olmaqla, islam dünyasına xəyanət edib"

Fevralın 28-də ABŞ və İsrailin İranı raket yağışına boğması Yaxın Şərqi müharibə diyarına çevirdi. Qısa müddət ərzində İran həm İsrail istiqamətində, həm də ABŞ-nin regiondakı hərbi mövcudluğuna qarşı hücumlara başladığını açıqladı. İran ordusu tarixdə ilk dəfədir ki, ABŞ-nin hərbi bazalarının mövcud olduğu bütün qonşu ölkələrə zərbələr endirir. Hadisələrin dönüş nöqtəsi isə İranın ali dini lideri Əli Xameneinin öldürülməsi xəbəri oldu. Rəsmi Tehran hücumları ilk vaxtlar suverenliyin pozulmasına qarşı adekvat cavab kimi dəyərləndirirdisə, Əli Xameneinin öldürülməsindən sonra suyun rəngi dəyişdi. İran qisas bayrağını qaldıraraq, ali rəhbərin intiqamını alanadək hərbi əməliyyatları davam etdirəcəklərini bildirdi. Ölkə daxilində isə vəziyyət bir qədər fərqlidir. Bir tərəfdə ali liderin ölümünə sevinən insanlar digər tərəfdə isə qisas çağırışları ilə ədalət tələb edən xalq dayanır. Proseslərin necə nəticələnəcəyi ilə bağlı suallar isə hər kəsin düşüncəsində əsas yer tutur.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-la fikirlərini bölüşdü:

- Zərdüşt müəllim, bilirsiniz ki, İran, ABŞ və İsrail arasında münasibətlər kritik mərhələyə qədəm qoyub. Hadisələrə münasibətinizi bilmək istərdik.

- İsrail və ABŞ İrana hücum etməklə beynəlxalq hüququ pozdu. Onlar bu əməllə terrorçu dövlət olduqlarını sübut etdilər. Müharibədə itkilər olur. Əli Xamenei dəfələrlə ölkəsi naminə həyatından keçməyə hazır olduğunu bildirmişdi. O, din xadimi kimi ABŞ və İsrailin təhdidlərindən heç vaxt qorxmayıb. İranda ən böyük qüsur kəşfiyyat xidmətinin zəif olmasıdır. Ölkənin yüksək və aşağı dairələrində düşmən qüvvələr gizli şəkildə fəaliyyət göstərirlər. Onların satqınlığına əsasən Xameneinin yeri təsbit edilərək bombalandı. İsrail onun öldürülməsindən sonra rejimin devrilməsinə ümid bəsləyirdi. 

Ancaq milyonlarla insan düşmənin amansız zərbələrinə qarşı küçələrə axışaraq, Xamenei üçün 40 günlük matəm elan etdilər. İran ordusu qisas əməliyyatları çərçivəsində ABŞ-nin hərbi bazalarına raket yağışını gücləndirdi. 

 - İddialara görə, Əli Xamenei səhhətində yaranmış ciddi problemlər səbəbilə hərbi hücumlardan əvvəl vəfat edib. Sonradan ölüm faktının İsrail və ABŞ tərəfindən həyata keçirilən zərbələrin nəticəsi kimi təqdim edildiyi bildirilir. Məsələ ilə bağlı nə düşünürsünüz? 

 - Xeyr, bunlar boş söhbətdir. Xamenei, ankaloji xəstə olsa da müharibədən 2 gün əvvəl böyük auditoriya qarşısında çıxış etmişdi. O, düşmənin işğalçı siyasətini tənqid edərək, ABŞ-nin məğlubiyyətlə qarşılaşacağını bildirmişdi. Amerikanın hərdəmxəyal prezidenti Donald Tramp və İsrailin cani Baş naziri Netanyahunun yalan bəyanatlarına inanmasaq, həqiqətən də müharibənin Vaşinqtonun xeyrinə getmədiyini görə bilərik. İran müqavimət oxunu qırmasa, uzağı 15 gündən sonra ABŞ və İsrailin imkanları tükənəcək. 

 - Yəni deyirsiniz, müharibə qısa çəkəcək?

 - Ötən il müharibə 12 gün davam etmişdi. Münaqişənin 10-cu günündə İsrail ABŞ-dən müharibənin dayandırılmasını xahiş etdi. Çünki İsrailin Hava Hücumundan Müdafiə Sistemi (HHMS) raketlərə tab gətirə bilmirdi. İndi də eyni ssenari təkrarlanacaq. Bu dəfə İran ordusu ABŞ-nin Yaxın Şərq ölkələrindəki bazalarını bombalamaqdan çəkinmədi. ABŞ helə müharibənin ilk çağında böyük itkilər verib. Digər tərəfdən isə Vaşinqtonun HHMS-ni yarmağa qadir raketlərinin sayı məhduddur. İranın isə əsas zərbə gücü məhz raket proqramıdır. Hətta ölkə ilk dəfə istənilən HHM sistemini yara bilən “Fəttah” adlı raketini düşmən mövqelərinə göndərdi. Deyilənə görə, Tehranın 10.000 dən çox raketi var. Hələ ki, rəsmi Tehran ən müasir raketləri işə salmıyıb. Müharibə uzansa, İsrail xarabalığa dönə bilər.  

- Müharibə ölkələrin iqtisadiyyatına necə təsir göstərə bilər?

- Rəsmi Tehran Hörmüz boğazını bağlayıb. Xeyli gəmi hərəkət edə bilmir. Çünki sığorta şirkətləri onların heç birinə "sığorta zəmanəti" vermir. Eyni zamanda şənbə-bazar günlərində neftin qiyməti 10 faiz qalxdı. Müharibənin davam etməsi neftin qiymətinin bahalaşmasına səbəb olacaq. Amerikalılar bu məsələyə sərt reaksiya verə bilərlər. Neft bahalaşdıqca, Trampın hörməti enməyə başlayacaq. 

- Bilirsiniz ki, Xameneinin 4 oğlu İranda yüksək vəzifədədir. Sizcə, onlardan hansı ali rəhbər olmağa uyğun namizəddir? 

- Əli Xamenei öldükdən sonra “Müvəqqəti şura” yaradıldı. Şura 40 gün ərzində ali rəhbərin səlahiyyətinlərini icra edəcək. İranda ən yüksək dini-siyasi vəzifə olan Ali Rəhbəri müəyyən edən və nəzarətdə saxlayan “Məclisi Xuruqan” adlı qurum var. 88 nəfərdən ibarət müctəhidlər, xalqın səsinə əsasən yeni rəhbər seçəcəklər. Xamenenin 4 oğlundan yalnız Möctaba siyasətlə məşğul olur. Lakin o, ölkədə dini nüfuza malik sima kimi tanınmayıb. Fikrimcə, Xameneinin oğullarından heç biri ali rəhbər seçilməyəcək. Namizəd kimi İranın keşmiş prezidenti Həsən Ruhaninin də adı çəkilir. O, barışcıl mövqedə dayanması ilə seçilir. Xameneinin qətlindən sonra inanmıram ki, sülhpərvər Ruhanini rəhbər təyin etsinlər. İstisna deyil ki, ABŞ və İsrail yeni rəhbəri də öldürsün. Ancaq hər kəsin yerini başqa bir rəhbərlə əvəz etmək asandır. Molla rejim artıq möhkəmliyini sübut edib.

- Müharibə fonunda devrilmiş şahın oğlu Rza Pəhləvi də fəallaşmağa başlayıb. Hətta ABŞ-də yaşayan bəzi iranlılar şah rejiminin bayraqlarını qaldıraraq, dəstəklərini ifadə edirlər.

- Rza Pəhləvi meymun kimi atılıb-düşsə də, İranda heç vaxt hakimiyyətə gələ bilməyəcək. Onun İranda bir qəpiklik hörməti yoxdur. İran xalqı onu xain sülalənin nümayəndəsi kimi qəbul edir. O, ABŞ və İsrailin maşası olmaqla, islam dünyasına xəyanət edib.

- İran Xamneinin ölümündən sonra qisas bayrağını qaldırıb. Hətta ordu, Xamneinin intiqamını alana qədər, hərbi əməliyyatlara davam edəcəyini bildirir. Proseslərin sonunu necə proqnozlaşdırırsınız? 

- İqtisadi göstəricilərin ağırlığı ilə yanaşı müharibənin doğurduğu fəlakətlər İran xalqı üçün dözülməzdir. Lakin xalq ordu ilə birlikdə düşmənə qarşı mübarizə aparmağa çalışır. Yadınızdadırsa, sovet ordusu İkinci Dünya Müharibəsi zamanı dörd il ərzində böyük çətinliklər yaşasa da, sonda qalib tərəflərdən biri oldu. Bu gün də İran cəmiyyətində müəyyən kəsim müharibənin çətinliklərinə baxmayaraq, qalib gələcəklərinə ümid bəsləyir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri