“Xarici qüvvələr maraqlıdır ki, İranın siyasi sistemini dağıtsınlar” Zərdüşt Əlizadə
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Baş verənlər Amerikanın 40 ildən çoxdur ki, İran dövlətinə qarşı tətbiq etdiyi cəza tədbirlərinin, sanksiyaların nəticəsidir. Bəlkə də hakim siyasi elitanın yürütdüyü iqtisadi siyasətdə də ciddi nöqsanlar var. Bunun nəticəsində əhalinin vəziyyəti ağırlaşır, pul dəyərdən düşür, xüsusilə də aşağı və orta təbəqə əziyyət çəkir. Ona görə də etirazların əsası var".
Bunu Redaktor.az-a politoloq Zərdüşt Əlizadə İrandakı etirazların səbəblərindən danışarkən bildirdi.
Müsahibimizin sözlərinə görə, Qərb dövlətlərinin xarici təsirləri də güclüdür:
"İsrail kəşfiyyatı açıq şəkildə etiraf edir ki, bizim İranda təsir imkanlarımız var. ABŞ Prezidenti Donald Tramp özü də dəfələrlə İrandakı daxili vəziyyətə müdaxilə edib ki, əgər etirazçılara qarşı amansız tədbirlər tətbiq edilsə, biz qarışacağıq. Yəni xarici qüvvələr də maraqlıdır ki, İranın siyasi sistemini dağıtsınlar və bəlkə də ölkəni parçalasınlar. İran dövlətinin düşmənləri özlərinin sanksiya siyasəti nəticəsində yaranmış ağır iqtisadi vəziyyətin doğurduğu iğtişaşların uğur qazanmasında maraqlı mövqedə dayanıb gözləyirlər. Camaat isə çörək, pul və s. tələb edir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















