Icma.az
close
up
RU
Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu “yedilər”, “dağıtdılar” MÜSAHİBƏ

Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu “yedilər”, “dağıtdılar” MÜSAHİBƏ

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycanlı futbol mütəxəssisi Vidadi Rzayev apasport.az saytına müsahibə verib.

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” görüşü ilə bağlı fikirləriniz necədir?
- Əsas intriqa odur ki, bu iki komanda Premyer Liqadan avrokuboklara düşə bilmir. “Turan Tovuz”un taleyi “Araz-Naxçıvan” və “Qarabağ”dan asılıdır. “Sabah” və “Neftçi”nin isə 3-cü və ya 4-cü yerə çıxmaq şansı yoxdur. Riyazi olaraq var, amma bu cür oyunlarla “Araz-Naxçıvan” və ya “Turan Tovuz”u keçməkləri çətin görünür. “Sabah” - “Neftçi” oyununa qayıdası olsaq, qalib mühakimə olunmur. Ola bilər ki, hər şeyə əl atırlar. Çünki cavab görüşü hər iki komanda və baş məşqçi üçün çox vacibdir. Hər ikisinin finala çıxmaq şansı var. Artıq rəqib meydançasında vurulan qol o qədər önəm daşımır. Fikrimcə, ilk oyundakı nəticəyə baxmayaraq, “Neftçi” və “Sabah”ın şansları eynidir. “Qarabağ” və “Araz-Naxçıvan”ın da final şansı eynidir. İlk matçlar minimalhesablı qələbələrlə başa çatıb. Özü də, səfər oyunu anlayışı da yoxdur. Hər dörd klub həm ev, həm də səfər görüşlərini Bakıda oynayır (gülür).

- Finalın adı necə olacaq? Proqnozunuz necədir?
- Neçə vaxtdır ki, mənim proqnozlarım düz çıxmır. Amma soruşursuzsa, deyim də (gülür). “Qarabağ” və “Araz-Naxçıvan” avrokuboklara vəsiqəni təmin edib. Yerdə qalır 3 komanda. Arzu edərdim ki, “Neftçi” finala çıxsın. Amma ümumilikdə bütün klublarımıza uğurlar arzulayıram. Proqnoz vermək çətindir. “Neftçi”nin finala çıxmasını istəyərdim. Amma məncə, “Qarabağ” – “Sabah” finalı olacaq.

- Söz “Neftçi”dən düşmüşkən, Roman Qriqorçukun gəlişindən sonra gözləntilər yüksək idi. Amma onu postundan göndərdilər və hazırda komandanın baş məşqçisi Samir Abasovdur. Sizcə, nəsə yaxşıya doğru dəyişir?
- Roman Qriqorçuk transferlər etdi. Futbolçunu gətirirlər, müqaviləni “zırrayırlar” 2-3 il, gəl indi onun əlində qal, ol onun kəbinli arvadı ki, görək nə vaxt müqaviləsi bitəcək. Ya da təzminatını ödəyim ki, futbolçunu göndərim. Gətirəndə işıq yeri qoymalı idilər. Roman Qriqorçuk həmin futbolçuları gətirdi və 2-3 illik müqaviləyə qol çəkdirdi, özü getdi, amma futbolçuları burda qaldı. Samir Abasovun qışda transfer üçün vaxtı var idi. Amma müəyyən şərtlər var. Heyətdə nə qədər futbolçu mövcuddur. Burda tək baş məşqçinin günahı yoxdur. Orda menecerlər var, onların səhvləri, günahlarıdır. Baş məşqçi yoxdur, komandaya yeni transferlər edirlər. Yeni gələn baş məşqçi deyir ki, ay qardaş mən bu futbolçunu istəmirəm axı, niyə bu oyunçunu alıb gətirirsiz? Təsəvvür edin, mən “Neftçi”yə baş məşqçi gəlirəm, məndən qabaq artıq transferlər ediblər. Belə anarxiya olmaz. Samir Abasovun da vaxtı var idi, bundan yaxşı çıxış etmək olardı. Yəqin ki, nəsə problemləri var, o, klubun içindədir. Özləri araşdırıb, tapmalıdırlar. Mənə elə gəlir ki, “Neftçi”də ən böyük problem futbolçu transferlərində olub. 

- Yeni mövsümdən Misli Premyer Liqasında legioner limiti tətbiq edilməyəcək deyə, əksər azərbaycanlı futbolçular bundan narahatdırlar. AFFA-nın qəbul etdiyi bu qərarı necə şərh edərdiz? Bu qərar futbolumuza, futbolçumuza necə təsir edəcək?
- Legioner limitinin ləğvinin tərəfdarı deyildim. Sonuncu yerdə gedən komandalarımıza baxın. “Səbail”, “Kəpəz”, “Şamaxı”da nə qədər legioner oynayır? “Kəpəz” bu mövsüm artıq 13-14 legionerdən istifadə edib. Digər klublarımız da onlar kimi, gətirirlər-göndərirlər, gətirirlər-göndərirlər. Belə şey olar?! Yeni qərarın yerli futbolçulara necə təsir edəcəyini bilmirəm, zaman göstərəcək. Nostradamus və ya Vanqa deyiləm ki, gələcəklə bağlı proqnoz verəm. Amma yerli futbolçulara çətinlik yaradacaq. Hamı deyir ki, rəqabət olacaq, nə bilim nə... Rəqabət olacaq e, bəs gətirilən legionerlərin səviyyəsi nə dərəcədə olacaq? Görmüşəm, şahidi olmuşam. Bir nümunə çəkim. Ad deməyəcəm, “Turan Tovuz”a qış “transfer pəncərəsi”ndə oyunçular gətirdilər, bildiniz də, kimləri deyirəm. Onlar effekt verdilər? Elə oyunçuları gətirirlər, ehtiyatda otururlar, vəssalam. Belə şey olar?! Özləri bilər nə iş görürlər. Yaxşı legioner də mövcud maliyyəyə Azərbaycana gəlmir. Avropada klublar futbolçuya 5-10, ya da 10-15 milyon verir. Biz də Avropayıq, amma onlarla ayaqlaşa bilmərik.

- Bəs, sizcə, AFFA hansı məntiqlə bu cür qərar qəbul edib?
- Yəqin ki, onlar nəsə fikirləşiblər və bu qərarı veriblər. Amma keçmiş futbolçu kimi deyim ki, irəliyə baxanda yol işıqlı görünmür. Legioner limitinin ləğvi bir dəfə olub da, heç bir effekt də verməyib. Yenidən 6+5 limitinə döndülər, ardınca 7+4. Onunla da əmələ gəlmədi. Demək başqa işlər görmək lazımdır. 

- Azərbaycanlı futbolçularda günah nə qədərdir? Niyə xaricə getmirlər? 
- Gürcüstanda yerli liqada pul az olduğuna görə hamısı xaricə gedir. 2007-ci ildə AFFA-da rəhbərlik  dəyişdirildi. Harda görülüb ki, milli məğlub olanda, mükafat alsın? Hamısını doğru deyirəm. Heç-heçə oynayırlar, başa düşdüm, mükafat vermək olar. Milli 2 oyuna 2, yoxsa 3 xal götürdü, AFFA 150-200 min manat mükafat verdi. Belə olandan sonra bu ölkədən kim gedər? Dəlidir ki, getsin? Nə rəqabət var, nə bir şey, oturub burda oynayırlar da. Bəlkə yeni gələn rəhbərlik onu fikirləşib deyə, bu cür qərar verib, deyə bilmərəm. Futbolçunun pulunu kəsmək düzgün deyil, idmançı həyatı qısadır. Amma buna baxmayaraq, özləri də inkişaf etməlidirlər, qabağa getməlidirlər. 

- Azərbaycan millisini, DÇ-2026-dakı qrupumuzu, futbolumuzun hazırkı durumunu gözünüzün qarşısına gətirəndə, nə düşünürsüz? 
- Günah, səhv sistemdədir. Canni De Byazi milliyə yeni gələndə, demişdim ki, ona ehtiyac yoxdur. Premyer Liqada komanda sayı 8 idi. Dedim ki, bu məşqçilərə milyonlar verməkdənsə, liqadakı komanda sayını artırsınlar. Maliyyə olmadığını əsas gətirirdilər. Mən də müsahibə vermişdim və demişdim ki, maliyyə yoxdursa, xarici məşqçilərə milyonları necə verirlər? Milliyə yerli mütəxəssis təyin etsinlər, xarici məşqçilərə verilən milyonlarla da klubların sayını artırsınlar. İndi də Fernandu Santuş. Günah Santuşda, Canni De Byazidə, Robert Prosineçkidə, Karlos Alberto Torresdə, Berti Foqtsda, Nikola Yurçeviçdə deyil. Günah sistemimizdədir. Bu məşqçilərin heç biri pis məşqçi deyildi. Qurban Qurbanov savadlı məşqçidir, millidə işlədi, nəticə olmadı. Demək ki, səhv, günah kökdədir, indi də onu axtarıb-tapmaq lazımdır. 2007-ci ildə gələnlər fundamenti elə qoydular ki... Əlinə planşet alanlar, futbol oynamayanlar töküldülər futbolumuza ki, futbolda pul var. Dövlətin ayırdığı maliyyəni “yedilər”, “dağıtdılar”... 2005-2015-ci illər üçün xüsusi proqram hazırlandı, dövlətimiz futbola pul ayırdı. Amma soruşan yoxdu ki, hanı o pullar, həmin vəsaitlə nə etdilər? Hamısını düz deyirəm. Özlərinə deyirəm, deyirlər ki, düz deyirsən (gülür). Amma nə xeyri var? Futbolumuzun bu durumda olmasının səbəbi 8 noyabr prospektində yerləşən binadır. Orada oturanlar... AFFA-da indiyə qədər olanları deyirəm. İndikilər yenidir, bilmirəm bundan sonra nə iş görəcəklər. Bir ildir ki, gəliblər, nəsə demək... İlk addımlarıdır. Legioner limitinin ləğv etdilər. Yerli futbolçular harda oynayacaqlar? Doğrudur, Premyer Liqada komanda sayını 12 etdilər. 10 komandada 40 futbolçu var idi, indi isə gərək I Liqanın şəraitini düzəldələr, II Liqanı da həmçinin. Premyer Liqa və I Liqa arasında uçurum böyükdür. Kubokda yüksək liqa klubları aşağı liqa təmsilçilərini yeriyə-yeriyə udurlar. Onu düzəltmək, səviyyə yüksəltmək lazımdır. O olmasa, rəqabəti görməsək, heç nə düzələsi deyil. Çox futbolçumuz yəqin ki, I Liqa klubuna gedəcək. Çünki klublarımızın hamısı legionerlərə müraciət edəcək. İndi Premyer Liqada maliyyəsi zəif olan, aşağı yerlərdəki komandalar 13-15 legioner gətirir-göndərir. Təsəvvür edin ki, yeni sezonda limit olmayacaq. Nəysə.

- Sizin üçün doğma sayılan “Kəpəz”də vəziyyətin yeni sezondan daha yaxşı olacağı gözlənilir. Yeni rəhbərlik, yeni stadion, yeni büdcə ilə daha güclü “Kəpəz” görəcəyinizi düşünürsüz?
- Hələ ki, sponsorun gəlməsi sözdə var. Deyirlər ki, sponsor indi gəlir, bu dəqiqə gəlir. Amma başa düşmürəm ki, ABŞ-dan piyada gəlir, nə edir? Açıqlama vermirlər, nəsə demirlər. Sənədləşmə getdiyini deyirlər, nə sənədləşdirməsidir ki? Bütün dünyanın iqtidasiyyatını sənədləşdirirlər? Burda nə var ki? Nə çətin işdir? “Mingəçevir”ə yeni sponsor gəldi, qısa müddətdə sənədlər imzalandı, vəssalam. “Kəpəz”də isə 5-6 aydır deyirlər sponsor gəlib, hələ də sənədləşdirmə gedir. Nəyi sənədləşdirirlər? Allah eləsin ki, olsun, “Kəpəz” də iddialılar sırasında yer alsın. Kim istəmir ki? Amma ortalıqda bir şey yoxdur. Əvvəlcədən də demişdim ki, klubların heç biri sponsorsuz olmayacaq. I Liqada da klubların sponsorunun olacağına inanıram. Ən yaxşı cəhət bu oldu. Bütün klublara sponsor tapılacaq.

Qeyd edək ki, Azərbaycan millisinin də şərəfini qorumuş Vidadi Rzayev karyerası ərzində “Kəpəz”, “Neftçi”, “Dinamo” (Gəncə), “Terek” (Rusiya), “Turan Tovuz”, “Erzurumspor” (Türkiyə), “Şəmkir”, “Qarabağ”, “Sanat Mes Kerman” (İran) və “Olimpik” klublarında çıxış edib. 

"Sabah" klubunun prezidenti: "AFFA-ya müraciətimizi etmişik" Cahangir Fərəcullayev: “Kadr islahatları bu günlərdən başlayacaq” Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox" UEFA və FIFA proqramlarından AFFA-ya ödənilən vəsait bəlli olub Salah qərarını verdi: "Liverpul"da yeni müqavilə - Rəsmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri